55
be mə’rufun rolu müstəsnadır. İmam Baqir (ə) buyurur:
“həqiqətən, əmr be mə’ruf və nəhy əz münkər peyğəmbərlərin
yolu, salehlərin üsuludur. O, elə bir mühüm fərizədir ki, digər
fərizələr onunla davam tapır.” Sözsüz ki, əmr be mə’ruf fərizəsi
bir guşədə ibadətə məşğul olan sufinin baxışları ilə uyuşmur.
İslam buyurur ki, insanın həm özünə, həm də başqalarına aid
vəzifələri vardır. Əlbəttə, hər bir vəzifənin şərtləri mövcuddur.
Şərtlər ödəndikdə vəzifə vacib olur. Dini vəzifənin vacib
olmasında dünya mədəniyyəti, şəxsi rə’y heç bir rol oynamır.
Həzrət Əli (ə) “vəzifən olmayan iş barədə düşünmə” deyərkən
“əmr be mə’ruf” kimi qəti vəzifəni nəzərdə tutmur. Həzrət (ə)
vəzifə sayılmayan iş barədə düşünməməyi tapşırır. Hansı ki,
əmr be mə’ruf ilahi vəzifədir və bizi cəmiyyət qarşısında
vəzifəli edir. Həzrət (ə) öz vəsiyyətində əmr be mə’rufa də’vət
etməklə şübhələri aradan qaldırır. O, buyurur: “Yaxşı işləri əmr
et, özün də yaxşılıq əhlindən ol.”
Dostları ilə paylaş: