60
düşmənə müqavimət göstərməkdir. Bu düşmən daxili
olduğundan onunla mübarizə daha da çətindir.
İmam rahilin cihadi-əkbər barəsində dəyərli söhbətləri vardır.
Böyük inqilab rəhbəri işə öz nəfsi ilə cihaddan başlamışdır.
Yalnız bu cihadda qalib gəldikdən sonra islami cəmiyyəti
süqutdan xilas etmək üçün ayağa qalxmışdır. Onun buyuruqları
xoşbəxtlik yolunda bizim üçün mayakdır. Həqiqi İslamı
diriltmiş o ilahi insanın buyuruqlarını, kitablarını yaddan
çıxarmamalıyıq. Həmin nəsihətlər daim qulağımızda sırğa
olmalıdır. Hər şeydən qabaq nəfsimizlə cihada, özünü tərbiyəyə
başlamalıyıq ki, siyasi, iqtisadi, hərbi, elmi və s. mübarizə
meydanlarında qalib gələ bilək.
Hövzə və universitetin məs’ul olduğu cihad növü “elm yolu
ilə cihaddır”. Bu iş hövzə və universitet könüllülərinin,
səfərbərlərinin öhdəsindədir. Yə’ni bu məs’uliyyət özünü
“İmam Zaman (ə) əsgəri” adlandıranlara aiddir. Bizlər İmam
Zaman (ə) süfrəsinin ətrafından dolananlarıq. İnanırıq ki, ilahi
rəhmətə qovuşmaq üçün mə’sum imamlar bir vasitədir. “Camee
kəbirə” ziyarətində deyirik: “Yağış sizin (mə’sumların) pak
nurunuz bərəkətindən yağır.” Bu baxımdan tələbələrin vəzifəsi
çox ağırdır. Onların peşəsi, mə’lumatı, elmi imkanları bu yolda
öndə getmələri üçün şərait yaradır. Universitet tələbələri və
digər gənclər bu işdə onlara yardımçı olmalıdırlar. Bəli, elmi
yolla cihad hamıdan çox ruhanilərə aid olan vəzifədir.
Dostları ilə paylaş: