Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə49/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   156
Əbədi öyüd 2022

2. ƏMƏL XƏTALARı
İnsanın  seçiminə  ictimai  rə’y  böyük  tə’sir  göstərir.  Onun
qərarında  xalqın  münasibəti  mühüm  rol  oynayır.  Məsələn,
bə’zən insan yalnız başqalarının diqqətini cəlb etmək, “əhsən”
qazanmaq  üçün  meydana  atılır.  Afərinlər  onun  gördüyü  işə
daha da həvəsləndirir. Eləcə də, yalnız xalq bəyənmədiyi üçün
müəyyən işlər tərk olunur. Bəs həqiqət haradadır? İnsan hansı
yolu  seçməlidir?  İnsan  vəzifəsini,  yoxsa  xalqın  bəyəndiyi  işi
yerinə yetirməlidir? Bə’zən insan agah şəkildə hər hansı bir işi
özü  üçün  vəzifə  seçir.  Amma  ailə  üzvləri  bu  işi  bəyənmir,
müqavimət  göstərirlər.  Bu  halda  vəzifə  nədir?  İnsan  hansı
həddə  müqavimət  göstərməlidir?  Qur’ani-kərimdə  bu  məsələ
ilə  bağlı  buyurulur:  “Ey  iman  gətirənlər,  hər  kəs  dinindən
dönsə,  Allah  elə  bir  tayfa  gətirər  ki,  Allah  onları,  onlar  da
Allahı  sevərlər.  Onlar  mö’minlərlə  mülayim,  kafirlərlə  sərt
olarlar.  Allah  yolunda  vuruşar  və  heç  kəsin  tə’nəsindən
qorxmazlar...”  Uyğun  tə’birlə  həzrət  Əmirəl-mö’mininin  (ə)
vəsiyyətnaməsində  də  rastlaşırıq:  “Allah  yolunda  lazımınca
cihad et, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma...”
Allah  yolunda  cihad  vəzifəsini  kamil  şəkildə  yerinə  yetirin.
Vəzifənizin  icrası  yolunda  malınızı,  canınızı,  hörmətinizi
əsirgəməyin.  İnsan  o  vaxt  vəzifəsinin  ardınca  gedir  ki,  yersiz
məzəmmətləri qulaqardına vursun. 
Bu böyük bəla həm fərd, həm də cəmiyyətə öz mənfi tə’sirini
göstərir. Bə’zən düşünüb-daşınmış, dəlillərə əsaslanaraq qərara
gəlmiş    insan  ətrafdakıların  mənfi  münasibəti  səbəbindən
süstləşərək  vəzifəsini  tərk  edir.  Bu  səbəbdən  də


64
Əmirəl-mö’minin  (ə)  oğlu  Həsəni  (ə)  həmin  təhlükədən
xəbərdar edir. Onu yersiz məzəmmətlərə göz yummağa çağırır. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin