Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə53/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   156
Əbədi öyüd 2022

2. ƏMƏLI ŞƏRT
Vəzifənin  icrasında  ikinci  şərt  əməldir.  Vəzifəni  tanıdıqdan
sonra  növbə  fəaliyyətə  çatır.  İnsan  bu  mərhələdə  həqiqətə
doğru hərəkət etməlidir. Əgər tanıma mərhələsində elm, təhsil,
fəqihlik  yolu  ilə  həqiqət  tanınırsa,  əməl  mərhələsində  Allahın
razılığına  uyğun  vəzifəyə  əməl  olunmalıdır.  Olsun  ki,  Həzrət
(ə) bu səbəbdən “haqqa doğru hərəkətin çətin vaxtı harada olsa,
meydana  gir”  buyurur.  Yə’ni  ikinci  mərhələdə,  həqiqətin
xaricdə  gerçəkləşməsi  üçün  təlaş  lazımdır.  Həqiqəti  tanımaqla
iş başa çatmır. Həqiqəti tanıdıqdan sonra rahatca evdə oturmaq
yanlış  hərəkətdir.  Növbəti  mərhələdə  əməl  etmək,  özünü
dəryaya  vurmaq,  oda-közə  yaxmaq  lazım  gəlir.  Bəla  dalğaları
ilə  çarpışaraq,  daxildə  təsdiq  olmuş  həqiqəti  xaricdə
gerçəkləşdirmək  zəruridir.  Vəzifəsinə  əməl  etmək,  axirətini
abadlaşdırmaq istəyən mö’min ağır zəhmətlər bahasına olsa da,
bütün  şərtləri  yerinə  yetirir.  Mə’lum  məsələdir  ki,  insan  çətin
işlərdən  qaçır.  O,  təbiət  e’tibarı  ilə  rahatlığa  can  atır.  Əksər
insanlar  rahat  bir  guşəyə  çəkilib,  güman  etdikləri  vəzifəni
yerinə  yetirməyə  çalışırlar.  Məsələn,  təsbeh  götürüb  salavat
çəkir, bir Qur’an surəsi oxuyur, hansısa kitabı mütaliə edir və
düşünürlər ki, dini vəzifə yerinə yetirildi. Bu işlər savaba malik
olsa  da,  vacib  dini  vəzifəni  əvəz  etmir.  Əli  (ə)  şiəsi  mücahid,
fədakar  olmalıdır.  Şiəlik  hara,  tənbəllik  hara?  Rahat  guşədə
oturmağı  dindarlıq,  zahidlik  kimi  qələmə  vermək  olmaz.  Bu,
özünü  aldatmaqdan  başqa  bir  şey  deyil.  Gecə  yarı  oyanıb,
nafilə namazı qılmağı özünə vəzifə bilən şəxs bu işi görməlidir.
Amma  sübhün  də  öz  vəzifələri  var.  İşin  qızğın  çağı  işdən


70
ayrılıb  bir  saat  Qur’an  oxumaq  münasib  deyil.  Günün  düzgün
rejimi, 
işlərin 
əlverişli 
şəkildə 
proqramlaşdırılması
müvəffəqiyyətin  əsas  amillərindəndir.  Qur’an  oxumaq,  dua
etmək  üçün  gecə  və  sübh  vaxtları  daha  münasibdir.  Bu  iki
vaxtda  Allahla  razü-niyaz  üçün  daha  yaxşı  ruhiyyə  olur.
Allah-təala Qur’ani-kərimdə bizim diqqətimizi belə bir nöqtəyə
cəlb  edir:  “Fəcr  tülusu  zamanı  qiraət  (mələklər  tərəfindən)
müşahidə  olunur.”  Əgər  Qur’an  oxumaq  istəsəniz,  onun  vaxtı
iki  tülu  arası  və  sübh  namazından  qabaqdır.  Başqa  bir  surədə
oxuyuruq:  “Həqiqətən,  gecə  qalxmaq  və  söz  demək  daha
münasibdir. Çünki gündüz sənin kifayət qədər işin var”. 
Əgər, doğrudan da, ibadət etmək istəyirsinizsə, xəlvət və sakit
gecə  vaxtı  daha  əlverişlidir.  Gecə  insanlar  şirin  yuxuda
olduğundan  ibadət  edənləri  yalnız  Allah-təala  müşahidə  edir.
Belə  bir  vaxtda  isti  yataqdan  qalxıb,  ruhunu  Allah  dərgahına
yönəltmək  çox  yaxşıdır.  Gündüzlər  məişət  qayğıları  insanın
başını  qatdığından  gecələr  ibadət  üçün  daha  münasib  şərait
yaranır.  Gecələr  diqqətin  yayınması  üçün  heç  bir  bəhanə
yoxdur.  Gündüzlər  isə  bir  sıra  vacib  vəzifələrə  əməl  etmək
lazım gəlir.  Təhsil də vacib işlərdəndir.  Müstəhəb iş vacib işi
əvəz  edə  bilməz.  Belə  ki,  məs’ul  işçi  ziyarətnamə  oxumaq
bəhanəsi ilə öz işini tə’xirə sala bilməz. Ziyarətnamə nə qədər
ixlasla  oxunsa  da,  vəzifə  borcunu  tərk  etməyə  əsas  vermir.
Özünüzü Əhli-beyt dostu hesab edirsinizsə, iş vaxtı işdə olmalı,
vicdanla  çalışmalısınız.  Müstəhəb  ibadətə  görə  vəzifə  yerini
boş qoymaq olmaz. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin