Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə56/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   156
Əbədi öyüd 2022

SƏBRIN NÖVLƏRI
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Səbr  üç  qismdir:  Müsibətə
səbr,  ibadətə  səbr,  günaha  batmamaqda  səbr.”  İnsan  bə’zən
kasıblıq,  xəstəlik,  ayrılıq  kimi  müxtəlif  çətinliklərlə  qarşılaşır.
Belə məqamlarda səbr etmək zəruridir. Belə bir səbr “müsibətə
səbr”  adlanır.  Bə’zən  isə  şəhvət,  qəzəb,  tamah  insanı  düz
yoldan  azdırır.  Belə  məqamlarda  səbr  etməyi  bacaran  insan
günahdan qoruna bilir. Bu növ səbr “günaha batmamaqda səbr”
adlanır. 
Digər bir səbr isə “ibadətə səbrdir”. Allaha itaət bə’zən çətin
olur. Məsələn, vəzifə olaraq elm öyrənmək asan iş deyil. Alim
olmaq  isə  daha  da  çətindir.  Amma  sadəcə  elm  ilə  yüklənmək
bir  o  qədər  də  çətin  deyil.  Çətin  olan  işin  ilahi  niyyətlə
görülməsidir.  Məsəl  var  ki,  alim  olmaq  asandır,  insan  olmaq
çətin.  Mərhum  hacı  Şeyx  Əbdülkərim  (r)  bu  məsələ  belə  bir
düzəliş  vermişdir:  “Alim  olmaq  çətindir,  insan  olmaq
qeyri-mümkün”.  Bəli,  ilahi niyyətlə  elm öyrənmək asan deyil.
Bu yolda saysız çətinliklər, dolambaclar var. Allahın razılığını
qazanmaq  istəyən  adam  çətinliklərə  təslim  olmur,  məqsədinə
çatmaq üçün bütün maneələri dəf edir. 
Həzrət Peyğəmbər (s) buyurur: “Səbr imanın yarısıdır.” İmam
Sadiq (ə) buyurur: “Səbr  imanın başıdır.”  Bu  sözlərdə heç bir
mübaliğə yoxdur. Allahın razılığını qazanmaq, Əlinin (ə) şiəsi
olmaq  istəyən  kəs  çətinliklərə  adət  etməlidir.  Unutmamalıyıq
ki,  səbr  xasiyyət  olaraq  bir  anda  yaranmır.  Çətinliklərə  adət
etmək  üçün  insan  kənara  çəkilməməli,  qovğalar  meydanında
olmalıdır.  Nəfsə  hakim  olmaq  üçün  ləzzətli  təamlardan
çəkinmək  o  vaxt  faydalıdır  ki,  insan  həmin  təamlarla
bəzədilmiş  süfrə  arxasında    oturmuşdur.  Belə  bir  süfrə
arxasında oturan insan özünü tərbiyə edə bilər. 
İnsan  günahdan  qorunmaq  üçün  günah  sərhəddinə
yaxınlaşmamağa çalışmalıdır. Sərhəd kənarında dayanmış insan
kiçik  bir  hərəkətlə  günah  uçurumuna  yuvarlana  bilər.  Demək,


74
doğru  yoldan  sapmamaq  üçün  haram  sərhəddinə  yaxın  bə’zi
halallardan da çəkinmək lazım gəlir. “Quyuya düşməmək üçün
quyudan bir qədər aralı dayanın.”
Beləcə,  haram  eşitməmək  üçün  şübhəli  sözlərə  də  qulaq
asmayın.  Unutmayın  ki,  quyuya  yaxın  dayandıqca  ona
yumbalanmaq  ehtimalı  çoxalır.  Harama  yol  verməmək  üçün
daha  e’tibarlı  hədlər  qoyun,  haramla  məsafə  saxlayın.  Kimi
ramazan ayında şam azanını eşidən kimi orucunu açır, kimi isə
bir qədər səbr edir “Səbr imanın yarısıdır.”


75

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin