Ustad Misbah Y?zdi


ALLAHDAN VƏ BAŞQALARıNDAN KÖMƏK ISTƏYI



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə60/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   156
Əbədi öyüd 2022

ALLAHDAN VƏ BAŞQALARıNDAN KÖMƏK ISTƏYI
İnsan  yalnız  təhlükə  vaxtı  yox,  adi  vaxtlarda  da  xeyir  əldə
etmək  üçün  Allaha  sığınmalıdır.  Çünki  bütün  işlər,  bəlaların
dəfi  də,  ne’mətə  çatmaq  da  Allahın  əlindədir.  Qeyd  etməliyik
ki,  həm  əməl  meydanında,  həm  e’tiqad  sahəsində  Allahın
dərgahına  üz  tutmaq  zəruridir.  Əlbəttə  ki,  qəlbin  halı  daha
mühümdür. Təhlükə və ehtiyac hiss edən insan bütün varlığı ilə
Allaha üz tutmalıdır. Məsələn, insan nəfəs almaq üçün havaya
ehtiyac  duyursa,  unutmamalıdır  ki,  havanı  onun  ciyərinə
çatdıran  Allahdır.  Allah  insana  güc  verməsə,  insan  göz
qapaqlarını  hərəkətə  gətirə  bilməz.  İnsan  beyninə  dərketmə
qüvvəsi verən Allah deyilmi?!
Belə bir ruhiyyə Allahın xalis bəndələrinə xasdır. İxlas odur
ki,  insan  vücudunda  Allahdan  qeyrisinə  e’timad  olmasın.


79
Həqiqi  bəndə  yalnız  Allaha  ümid  bağlamalı,  yalnız  Allahdan
çəkinməlidir.  Ona  görə  də  Həzrət  (ə)  “arzularını  yalnız  öz
Allahından  istə”  buyurur.  İnsan  qəlbən  inanmalıdır  ki,  onun
istəklərini  yalnız  Allah  yerinə  yetirməlidir.  Əgər  Allah  əmr
edirsə ki, hansısa təbii vasitələrdən istifadə edilsin, insan Allahı
unudub  həmin  vasitələrə  bağlanmamalıdır.  Qəlb  daim  Allahı
düşünməli,  hər  şeyi  Ondan  istəməlidir.  Həzrət  (ə)  buyurur:
“Bağışlamaq və məhrum etmək Onun əlindədir.”
İnsan bir şəxsə inandıqda çətinlik zamanı məhz ondan kömək
gözləyir. Ümidi puça çıxmış insan tənhalıq hiss edir. O, kömək
gözlədiyi  şəxsin  diqqətini  cəlb  etmək  üçün  təvazö  göstərir,
özünü sındırır. Məqsədinə çatmaq üçün həmin şəxsin razılığını
əldə  etmək  istəyir.  Bundan  ötrü  onun  əlini  öpür,  qarşısında
ikiqat  əyilir.  Amma  Allaha  və  Onun  qüdrətinə    inanan  insan
başqalarına yox, məhz Allahın hüzurunda təvazö göstərir, müt’i
olur.  Yalnız  Allahı  sığınacaq  hesab  edən  bəndə  özü  kimi
insanlara  münasibətdə  Allah  əmrini  əsas  götürür.  Məsələn,
Allah-təala  buyurur:  “Rəbbin  yalnız  Ona  ibadət  etməyi  və
valideynlərə  yaxşılıq  etməyi  buyurmuşdur.”  Əgər  insan  öz
ata-anası  qarşısında  təvazö  edirsə,  bu  təvazö  Allahın  əmrinə
əsaslanır.  Əslində  belə  bir  təvazö  Allah  qarşısında  təvazödür.
Amma  çıxış  yolunu  yalnız  və  yalnız  başqalarına  əyilməkdə
görmək  Allaha  şərik  qoşmaqdır.  Yə’ni  belə  bir  insan  öz
taleyində  Allahla  bərabər  başqalarını  da  tə’sirli  bilir.  Zəiflik
onun ruhuna hakim kəsilir. Allah isə öz bəndəsini zəif görmək
istəmir.  Allah  insanı  özü  kimi  yaranmışlara  qul  olmamağa
çağırır.  Yalnız  ilahi  hikmət  səbəbindən  mə’sumlar  qarşısında,
valideyn önündə təvazö caizdir. Allah nəzərində hörmətli olan
şəxslərə ehtiram Allaha ehtiramdır.
Beləcə,  kiminsə  önündə  dünya  ne’mətlərinə  görə  əyilmək
şirk,  Allaha  şərik  qoşmaqdır.  Allah  öz  bəndəsinin  bu  şəkildə
alçalmasını istəmir. Qur’anda buyurulur: “Həqiqətən, xalis din
Allah  üçün  olan  dindir”  Başqa  bir  ayədə  oxuyuruq:  “Əmr
edilmədimi  ki,  dini  yalnız  Allaha  aid  edərək  Ona  ibadət


80
etsinlər?”  Həzrət  Əli  (ə)  də  bu  əsasla  “arzularını  yalnız  öz
Allahından  istə”  –deyə buyurur.  İnsan  öz  əməlində  riyaya,
Allahdan  qeyrilərinin  razılığına  yer  verdiyi  qədər  öz  dəyərini
aşağı  salır.  Qatqı  qızılın  dəyərini  saldığı  kimi,  riya  da  insanın
qiymətini  endirir.  Qızıl  kimi,  insanın  da  dəyəri  onun
xalisliyindədir.  Allah  öz  bəndəsinin  xalis,  qatqısız  olmasını
istəyir. Xalislik yolu ilə kamala çatan bəndə Allaha yaxınlaşır.
Bəndələrinin  xalisliyini,  kamilliyini  istəyən  Allah  onu  şirkdən
çəkinməyə,  ixlaslı  olmağa  çağırır.  Ne’mətlərin  Allah
ixtiyarında olduğuna inanan şəxs Allahdan başqa digər birinin
qarşısında  əyilmir.  Övliyalara  tə’zim  isə  yalnız  Allahın  əmri
əsasında mümkün olur. Allah-təala bu məsələni aydınlaşdıraraq
buyurur: “Əgər Allah sənə bir zərər yetirsə, səni Ondan başqa
heç kəs qurtara bilməz...” Xeyir də belədir, şübhəsiz. Bu ayədə
peyğəmbərə  (s)  müraciət  olunsa  da,  məqsəd  bütün  insanları
xəbərdar  etməkdir.  Axı  peyğəmbərin  (s)  mə’rifəti  bizim
mə’rifətimizdən  çox-çox  dərindir.  Allah-təala  buyurur  ki,  sizə
zərər  yetirmək istəsəm, yenə də kimsə buna mane ola  bilməz;
bəs  nə  üçün  qəlbiniz  başqalarına  tərəf  yönəlir?!  Başqalarında
olan  hansı  şey  Allahda  yoxdur?!  Allahını  tanıyan  bəndəyə
layiqdirmi  ki,  başqalarına  üz  tutsun?!  Biganələrin  qapısında
boyun  büküb,  məhbubdan  uzaq  dayanmağın  əsası  nədir?!
Ehtiyacsızın qapısından yan keçib, möhtacların qapısını döyüb,
nəsə  istəmək  ağıllı  işdirmi?!  Kimdə  nə  varsa,  Allahın
əmanətidir. Ne’mət sahibi ola-ola həmin ne’mətdən pay umana
ağız açmağa dəyərmi?! Belə bir münasibət nadanlıq deyilmi?!
Ağıllı  iş  isə  budur  ki,  “arzularını  yalnız  öz  Allahından  istə.
Bağışlamaq və məhrum etmək Onun əlindədir.”

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin