81
“Daim Allahdan xeyir istə”. Vəsiyyətin bu cümləsində
“istixarə” sözü işlədilmişdir. Bu söz üç mə’nada işlədilə bilər:
1. “Xeyir axtarışı” mə’nası. Bir iş görmək istəyərkən əvvəlcə
götür-qoy edib, ən yaxşı yolu seçmək lazımdır. Bu mə’nada
istixarə mümkün olan yollar arasından ən xeyirlisini, mövcud
olan variantların ən üstününü seçməkdir. Əlbəttə ki, insan
fitrətən, təbiətən də ən üstün şeyi seçməyə meyillidir.
2. Allahdan xeyir istəmək mə’nası. Daim xeyir axtaran insan,
təbii ki, Allahdan da xeyir istəyəsidir.
3. Mə’lum üsullardan biri vasitəsi ilə ən məsləhətli, ən xeyirli
yolun tapılması. Belə ki insan ayə və rəvayətlərdə göstərilmiş
üsullardan birinin vasitəsi ilə ən məsləhətli yolu tapıb, hərəkət
edə bilər. Məsələn, Qur’an və ya təsbehin köməyi ilə müxtəlif
yollar arasında ən faydalısını tə’yin etmək olar.
Qeyd olunan üç mə’nadan burada ən münasibi ikinci mə’na,
yə’ni Allahdan daim xeyir istənilməsidir.
Dostları ilə paylaş: