ONUNCU DƏRS TƏRBIYƏ Ey oğlum! Elə ki gördüm sən (yetkin) yaşa çatmısan və dərk etdim ki, süstlük və zəifliyim get-gedə uzanır, müəyyən məqsədlərlə sənə vəsiyyətə başladım: o cümlədən, məbada qəlbimdə olanları deməmiş əcəlim çata, düşüncəm də bədənim kimi zəifliyə düçar ola və məni qabaqlayıb nəfs meylləri sənə hakim ola, dünya fitnələri qabağa düşə, səni
85
qovulan dəvə vəziyyətinə gətirələr. Həqiqətən, növcavanın qəlbi qarşılaşdığı şeyləri qəbul edənədək toxunulmamış torpaq tək qalır. Ona görə də qəlbin bərk, ağılın məşğul olanadək ədəb öyrən! Tam ciddiyyət və qəti iradə ilə əvvəlkilərin çiyinə aldıqları təhsil əziyyəti və sınaq ağrısını qəbul et. Bu yolla həmin əziyyət və ağrıdan azad olarsan.