BULAŞıQ QƏLBIN XÜSUSIYYƏTLƏRI
Həzrəti Əli (ə) oğlu imam Həsənə (ə) xəbərdarlıq edir ki, öz
qədrini bilsin, hansı dövrdə, hansı şəraitdə yaşadığına diqqətli
olsun. Gənclik, qəlb saflığı çirkaba bulaşmamış tədbir görmək
lazımdır. Bu fürsəti qənimət bilmək gərəkdir. Axı belə bir
şərait həmişə ələ düşmür. Nə vaxtsa qəlb daşlaşıb, həqiqəti
qəbul etmək iste’dadını itirə də bilər. Daşlaşmış qəlb səadət
90
qapılarını öz sahibinin üzünə bağlayır, moizə və nəsihətdən
yumşalmır. Diri qəlb tə’sirlənmək, həyəcanlanmaq, ağlamaq
iste’dadına malik olmalıdır. Qəlbin ən tə’sirli öyüdlərə
münasibətdə biganəliyi böyük faciədir. Qur’ani-kərimdə bu
məsələyə xeyli diqqət ayırılmış, bu sifəti daha çox biruz etdiyi
yəhudilər xeyli məzəmmət olunmuşdur: “O vaxt sizin
qəlbləriniz daş kimi və ya daşdan çox bərkidi. Bə’zən daş
yarılır, ondan arxlar çıxır...” Bə’zi daşlaşmış qəlblərdən isə bir
damla göz yaşı da görünmür. Digər bir ayədə buyurulur: “İman
gətirənlərin qəlblərini Allahın zikri və haqq kəlam qarşısında
yumşalmaq vaxtı çatmadımı?! Onlar əvvəl kitab verilmiş kəslər
kimi olmasınlar. Onlar üçün uzun müddət keçmiş, qəlbləri
sərtləşmişdir.” Həqiqəti eşitdikdə qulaqardına vuran insanın
qəlbi günbəgün daşlaşır. Amma ilk əvvəllər həqiqəti dinləyib,
bu barədə düşünən insanların qəlbi haqpərəstlik iste’dadını
qoruya bilər. Hansı ki vaxt ötdükcə, günahlar çoxaldıqca
qəlblər də daşlaşır.
Vəsiyyətin bu hissəsində Həzrət (ə) öz dinləyicisini eşitdiyi
moizələrə biganə olmamağa çağırır. Moizəyə biganəliyin zərəri
ona əməl etməməyin zərərindən daha çoxdur. Çünki biganəlik
nəticəsində insan ruhu həqiqətin qəbulu iste’dadını itirməyə
başlayır. Qəlbiniz daşlaşmamış, zehniniz puç mə’lumatlarla
dolmamış özünütərbiyəyə cəhd edin. Unutmayın ki, daşlaşmış
qəlbdə hansısa müsbət hisslərdən danışmağa dəyməz. Zehn də
belədir. Gərəksiz informasiyalarla yüklənmiş zehndə sağlam
düşüncə üçün yer qalmır. Deyilənləri hər birimiz sınaqdan
keçirə bilərik. Məsələn, gün uzunu mə’nasız söhbətlərə məşğul
olsanız, günün sonunda oxuduğunuz ədəbiyyatdan ciddi
nəticələr əldə edə bilməyəcəksiniz. Eləcə də, gün uzunu
dünyəvi işlərlə, məişət problemləri ilə məşğul olduqda namazda
hal tapmaq, Allahı düşünmək çətin olur.
|