ON BIRINCI DƏRS TƏCRÜBƏ BƏHRƏSI Ey əziz oğlum! Mən bütün qədimdəkilərin ömrünü yaşamasam da, onların əməl və rəftarlarını yaxşı düşündüyümdən, onların dövründəki hadisələri götür-qoy etdiyimdən, onlardan qalmış nişanələri nəzərdən keçirdiyimdən sanki onlardan biriyəm. Onların işlərindən xəbərdar və mə’lumatlı olduğumdan sanki əvvəldən axıradək onlarla yaşamışam. Ona görə də (keçmişin) işığını zülmətindən, xeyirini zərərindən seçmişəm. Hər şeyin qaymağını, gözəlini və bəyənilmişini seçib bəyan etmişəm. Namə’lum qalanı, tanınmamışı səndən uzaqlaşdırmışam. Çünki sənin işlərinə mehriban ata kimi diqqət yetirmişəm, ədəb öyrətmək üçün çalışmışam. Münasib gördüm ki, bu diqqət sənin ilkin gəncliyində işə yarasın. Həyata yenicə