99
insana yardım əli uzadıb, onu burulğandan çıxarmaqdır.
Allah-təala doğru yolu tapanları seçilmiş ümmət adlandıraraq
buyurur: “Sonra ilahi kitabı bəndələrimizdən seçdiklərimizə
miras qoyduq. Onlardan kimisi özünə zülm edər, kimisi
mö’tədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər.
Bu böyük fəzilətdir.”Başqa bir ayədə buyurulur: “Doğru yolu
göstərmək Allaha aiddir. Haqdan əyilmiş yol da var. Allah
istəsəydi, hamınızı doğru yola yönəldə bilərdi.” Digər bir ayədə
oxuyuruq: “O, əlamətlər müəyyən etdi. İnsanlar ulduzlar
vasitəsi ilə yolu taparlar.” Bəli, insanlar qaranlıq gecələrdə
ulduzlardan istifadə edərək yol gedə bilirlər. Əlbəttə ki,
qaranlıq gecədə insana yol göstərən Allah mə’nəvi məsələlərdə
də onu zülmətdən nura hidayət edir. Kimsəsiz yollarda təhlükə
olduğu kimi mə’nəviyyat yollarında da maneələr mövcuddur.
Mə’nəvi bir məsələdə azmaq meşədə azmaqdan daha təhlükəli
ola bilər. Hətta ulduzları dünya əhlinə yardımçı edən Allah öz
bəndələrini mə’nəvi aləmdə yardımsız buraxarmı?! Əlbəttə ki,
belə bir hal mümkünsüzdür. Allah-təala bəşəriyyəti doğru yola
yönəltmək üçün saysız-hesabsız vasitələr qərar vermişdir.
Amma düşünməyək ki, doğru yol ağ bir xətlə sonadək
göstərilmişdir. Allah onun göndərdiyi kitabın qədrini bilənləri
doğru yola yönəldir. Amma ilahi göstərişlərə məhəl qoymayıb,
naşükürlük edənlər öz diqqətsizliklərinin acı nəticəsi olaraq,
azğınlığa düçar olasıdırlar. Allah-təala və mə’sum rəhbərlər (ə)
həqiqi maarifi bəyan etməklə doğru yolu əyri yoldan seçməkdə
insana əl tutmuşlar. Həzrət Əlinin (ə) uyğun vəsiyyətnaməsi də
bu ilahi öyüdlərdən biridir.
Dostları ilə paylaş: