Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə8/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   156
Əbədi öyüd 2022

VƏSIYYƏT OLUNAN ŞƏXS
Həzrət  (ə)  sözünün davamında müraciət etdiyi şəxsi belə
tanıtdırır:  “İləl-vələdil-muəmməli ma la yudrəkussaliki səbilə


13
mən qəd hələkə,  ğərəzil-əsqami və rəhinətəl-əyyami”  (“o
övlada vəsiyyət edir ki,  arzularına çatmaz,  həlak olanların
yolunu gedər, xəstəliklərin hədəfi, zəmanənin girovu olar.”)
Bu ata öz övladına vəsiyyət edir,  ömrünün qazancını ona
təhvil verir.  Bu övladın arzuları var və vücudunda gənclik
alovu şö’lələnməkdədir.  Gənclik dövrünün ümid və arzular
dövrü olduğunu bilirik. İnsan ümid və arzular olmadan hərəkət
etmək iqtidarında deyil.  Həyatı hərəkətə gətirən arzulardır.
İnsanın gənclik dövründə fəallığının səbəbi həmin dövrdə
arzuların çoxluğudur.  O,  yaşa dolduqca arzular tükəndiyindən
həyat fəaliyyəti də zəifləyir.  “Həlak olanların yolunu gedər,
xəstəliyə
hədəf
olar”  tə’birləri
Qur’ani-kərimin
bə’zi
tə’birlərini xatırladır:  “Həqiqətən,  insan zərərdədir”;  “İnsan
tələsəndir”; “Həqiqətən, insan dözümsüz xəlq olunmuşdur”. Bu
ayələri oxuyarkən sual yaranır ki,  mə’sumlardamı başqaları
kimi bu xüsusiyyətlərə malikdirlər?  Məgər mə’sumlar da
tələsən və dözümsüz yaradılmışlar?  Qur’ani-kərimdə insana
ünvanlanan bir sıra məzəmmətləri imamlara  (ə)  aid etmək
olarmı?  Qeyd etməliyik ki,  bu müraciətlər adi insanlara
ünvanlanmışdır.  Uyğun tə’birlər mə’sum imamlara şamil
edilmir.  Bəli,  insan təbiətən dözümsüz,  tələskəndir.  Həzrət (ə)
“o övlada vəsiyyət edirəm ki,  arzularına çatmaz”  deyərkən və
ya başqa nöqsanlı sifətləri sadalayarkən imam Həsəni  (ə)
nəzərdə tutmur.  İmam  (ə)  öz mövqeyini və vəsiyyət etdiyi
gəncin mövqeyini müəyyənləşdirməklə,  özünü və övladını adi
insan kimi fərz edir.  Özünü pir,  övladını gənc görən ata
təcrübələrini övladının ixtiyarına verir.  Aydın olur ki,  öncə
qeyd edilmiş iki baxış kökündən yanlışdır.  Ona görə də
bildiririk ki,  Həzrət  (ə)  özünün və oğlu Həsənin  (ə)  yox,
vəsiyyət edən və vəsiyyət olunanın mövqeyini bəyan edir.
Yə’ni vəsiyyət olunan şəxs həlak olub,  dünyadan köçənlərin
yolunu gedir.  Bu bəyanda  “həlak olmaq”  dedikdə hər hansı
başqa mə’na yox, “ölüm” nəzərdə tutulur. 


14
Təbii ki,  hər bir gənc onu oxlar tək nişan almış çətinliklər,
xəstəliklər,  müsibətlərlə qarşılaşasıdır.  O,  bir növ dövranın
girovudur - zaman onu girov götürərək, oxlarla nişana almışdır.
Vəsiyyətnamədə
bəyan
olunmuş 
“əbduddunya” 

“tacirul-ğurur”  tə’birləri çoxlarında şübhə yaratmışdır ki,
Həzrət (ə) imam Həsənə (ə) yox, Məhəmməd ibn Hənəfiyyəyə
müraciət edir.  Bu iki tə’bir mənfi mə’nalara malikdir.  Amma
onlar  “təkvini”  mə’nada işlənmişdir.  “Dünyanın qulu”,  “hiylə
və yalan sövdəgəri”  mə’nalarına malik olan həmin iki ifadə,
sözsüz ki,  mə’sum imam məqamına layiq deyil.  Zənnimizcə,
Həzrət (ə) öz vəsiyyətnaməsində konkret vəsiyyət olunan şəxsi
yox,  dünyaya gəlmiş və dünyanın tə’sirlərinə məhkum olan
insanı nəzərdə tutur. Yə’ni hər bir insan gəldiyi dünyada həmin
dünyanın
problemlərinə
məhkumdur, 
başqa
sözlə,
“əbdud-dunya”,  yə’ni  “dünyanın quludur”.  Hər bir insan
peyğəmbər,  imam,  övliya olmasından asılı olmayaraq,  təbiət
qanunlarına təslimdir. Məhkum insanın sövdəsi, ticarəti yalnız
hiylə və yalan ola bilər.  Qur’ani-kərimdə buyurulur:  “Dünya
həyatı yalnız aldadıcı matahdır.”  Demək,  dünya matahı ilə
əlaqədə olan insan təbii şəkildə “tacirul-ğurur”, yə’ni “yalan və
hiylə sövdəgəri”olur.  Diqqət etsək görərik ki,  Həzrət  (ə)  öz
tərəfe-müqabilini “tacirul-ğurur” sifətinə görə məzəmmət etmir,
“nə üçün beləsən”  demir.  O,  sadəcə,  dünya həyatının belə
olduğunu nəzərə çatdırır.  Bu tə’birlər  “təkvini”,  yə’ni təbii,
qaçılmaz həqiqətləri bəyan edir. 
Bəli,  elə moizə etmək lazımdır ki,  dinləyicilər özünü
“tacirul-ğurur” görüb, bir daha dünya matahına aldanmasınlar. 
Söhbətin davamında Həzrət (ə) üz tutduğu şəxsi, yə’ni insanı
belə nəsihət edir:  “və ğərimil-mənaya və əsiril-məvti və
həlifil-humumi

qərinil-əhzani

rəsidil-afati

səriiş-şəhəvati və xəlifətil-əmvati”  (“o,  heçliyin borclusu,
ölümə giriftar,  kədərlə və’dəli,  qüssə ilə yoldaş,  bəlalarla
nəfəs-nəfəsə, nəfs istəklərinə məğlub, gedənlərin canişinidir”).


15
O, borc sahibinin (tələbkarın) əl çəkmədiyi borcludur. Əcəl hər
bir insanın ardınca gəzib borcunu tələb edir,  almayınca ondan
əl çəkmir. Bəli, insan borcludur. Ölüm və bəla əlində çırpınan
borclu!
Bə’ziləri  “kədərlə və’dəli,  qüssə ilə yoldaş,  bəlalarla
nəfəs-nəfəsə,  nəfs istəklərinə məğlub”  kimi tə’birləri də imam
Həsənin  (ə)  məqamına münasib bilmirlər.  İmam Həsənin  (ə)
nəfs istəkləri ilə mübarizədə məğlub olması,  doğrudan da
məntiqi deyil.  Adətən,  güləş meydanında məğlub olub,  yerə
yıxılan şəxs ərəb dilində  “səri”  adlanır.  “Səriiş-şəhəvat”  isə
“şəhvətlərə məğlub olmuş”  mə’nasını verir.  Hansı ki,  imam
Həsənin  (ə)  şəhvətə məğlub olması mümkünsüzdür.  Amma
qəbul etməliyik ki, insan öz təbiəti e’tibarı ilə nəfs istəklərindən
tam azad olmaq gücündə deyil və bu istəklər olmadan dünya
həyatını davam etdirə bilməz. İstər yaşamaq, istər yemək istəyi,
istərsə də cinsi istək dünya həyatının davamı üçün vasitələrdir.
İnsan elə xəlq olunmuşdur ki,  uyğun istəkləri büsbütün inkar
edə bilməz.  Adi insan üçün belə bir məqam mümkünsüzdür.
Amma qeyri-adi bir insanın belə bir iş görməsi barədə hələlik
danışmırıq. 
Burada söhbət nəfs istəklərinin qələbə çaldığı bir gəncdən
gedir.  Bunu da qeyd etməliyik ki,  nəfs istəklərinin qarşısının
alınması dedikdə bütün istəklər nəzərdə tutulmur.  Bə’zi
istəklərin ödənməsi vacibdir. 
Həzrət Əli  (ə)  vəsiyyət etdiyi şəxsi  “xəlifətil-əmvat”,  yə’ni
“ölülərin yerində qalmış”  adlandırır.  Vəsiyyət olunan şəxs
vəsiyyət edən şəxsin özü kimi ölülər məskənində sakindir. Bir
vaxt bu məskəndə yaşayanlar hazırda dünyadan köç etmişlər.
Bu
vəsiyyəti
eşidən
şəxs

ölülərin
canişinidir.
Vəsiyyətnaməni dinləyən bizlər də bu gün durduğumuz yerdə
əbədi qalası deyilik. 


16

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin