Ustad Misbah Y?zdi


HEYVANİ BAXIŞ (DÜNYANI MƏQSƏD BİLMƏK)



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə91/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   156
Əbədi öyüd 2022

1. HEYVANİ BAXIŞ (DÜNYANI MƏQSƏD BİLMƏK)
Şübhəsiz  ki,  dünyaya  gələn  və  onda  yaşayan  insanların
dünyaya  baxışları  fərqlidir.  Bə’ziləri  dünyaya  diqqətlə,  bəsirət
gözü ilə baxmadıqlarından onların baxışları bir növ yuxuludur.
Onlar  haradan  gəldikləri,  haraya  gedəcəkləri  barədə
düşünmürlər.  Belələri  aclıq  hiss  edəndə  yemək  axtarır,
susadıqda su gəzir, bir ömür vəzifə və məqama çatmağa çalışır,


111
bir sözlə, yalnız dünya ne’mətləri haqqında düşünürlər. Onların
həyat  tərzi  digər  canlıların  həyat  tərzindən  fərqlənmir.
Qur’ani-kərimdə  buyurulur:  “kafirlər  isə  səfa  sürər,  heyvan
kimi  yeyib-içərlər.”  həyatın  mə’nasını  dərk  etməyən,  ağıllı
qərar  çıxarmaqda  aciz  olan  bu  qisim  insanlar,  qoy,  qarınlarını
doldurmaqla  məşğul  olsunlar.  Onların  yemək  və  yatmaqdan,
heyvani istəkləri tə’min etməkdən savay işləri yoxdur. Hər gün
eyni fikirlə yatır və eyni fikirlə yuxudan oyanırlar. Onlar üçün
həyat məqsədi adlı bir məsələ yoxdur.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin