1
Bu kitab Wap.IXLAS.Az saytindan yuklenib
ƏBƏDİ ÖYÜD
(HƏZRƏT ƏLİ ƏLEYHİSSƏLAMIN ÖZ OĞLU
İMAM HƏSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ
ƏXLAQ DƏRSLƏRİ)
MÜƏLLİF: USTAD MİSBAH YƏZDİ
TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD TURAN
2
Entesharate Taharat
Kitabın adı:....................................Əbədi öyüd
Müəllif:...........................Ustad Misbah Yəzdi
Tərcümə edən:........................Məhəmməd Turan
Nəşr edən:...............................................Təharət
Çap növbəsi:.........................................Birinci
Çap tarixi:.....................................................2005
Tiraj:..............................................................3000
964-95613-3-1
3
ÖN SÖZ
“Nəhcül-bəlağə” özündə çox qiymətli gövhərlər gizləmiş
sahilsiz bir dəryadır. Haqlı olaraq, “Qur’anın qardaşı”
adlandırılmış bu kitab müxtəlif yönümlərə malikdir. O, tarix
boyu bir çox alimlərin, müsəlman və qeyri-müsəlman düşüncə
sahiblərinin diqqət mərkəzində olmuşdur. Hər şəxs öz zövqü,
dərrakəsi və iste’dadı səviyyəsində bu xəzinənin bir guşəsinə
baş vurmuş, onun gizli və aşkar sərvətlərindən faydalanmışdır.
Bu kitabın mühüm və üstün mövzularından biri əxlaq və
tərbiyə mövzusudur. “Nəhcül-bəlağə”də bu mövzu nisbətən
daha geniş yer tutur. Əmirəl-mö’mininin (ə) bu mövzudakı
öyüd-nəsihətləri mə’nəviyyat təşnəsi, haqq axtarışında olan
iman yolçuları üçün yardımçı ola bilər. Bu səbəbdən də böyük
ustad, ziyalı alim ayətullah Misbah Yəzdi bir çox əxlaq dərsləri
üçün Əmirəl-mö’mininin (ə) çox mühüm və dəyərli
məktublarını mehvər seçmiş və ilahi maarif, eləcə də əxlaqi
söhbətlərə təşnə olanların ruhunu bu çeşmə ilə sirab etmişdir.
Bu məktub həzrətin (ə) öz aliqədr oğlu imam Həsən Müctəbaya
(ə) çox ali və misilsiz məziyyətlərə malik vəsiyyətindən
ibarətdir. Müəzzəm rəhbərlik məqamının “Əmirəl-mö’minin
ili” adlandırdığı bu ildə bu bəhslərdən ibarət məcmuəni kitab
halında həzrətin (ə) dostları və vilayət ardıcıllarına təqdim edə
bildiyimiz üçün Allaha şükr edirik. Bu kitabdakı bəhslər
çıxışlar əsasında tərtib olunduğundan, təbii ki, əvvəlcədən kitab
məqsədi ilə qələmə alınmış bəhslərdən fərqlənir. Söhbətlər
yazıya çevrilərkən bə’zi ifadələr dəyişdirilmişdir. Bununla belə,
4
bütün kitabda çıxış forması az-çox nəzərə çarpır. Mövzular
həcmcə böyük olduğundan kitab iki cilddə tərtib olunmuşdur.
Ustad Misbah Yəzdinin söhbətlərini qələmə almış cənab Əli
Zinətiyə və onun son tərtibini öhdəsinə götürmüş cənab
höccətül-islam Məhəmməd-mehdi Nadiriyə təşəkkür edirik.
Dostları ilə paylaş: |