18
Qeyd olunduğu kimi, Həzrət (ə) bu vəsiyyətnamədə vəsiyyət
edənin və vəsiyyət olunanın sifətlərini sadalamaqla bütün
oxucuların bu sifətləri özlərinə şamil etmələrinə səbəb
olmuşdur. Digər bir tərəfdən, dinləyici vəsiyyət edən şəxsin
kimliyi ilə tanış olur, vəsiyyət edənin vəsiyyət olunanla rabitəsi
aydınlaşır, vəsiyyətnamənin məqsədi mə’lum olur. Vəsiyyət
edənlə vəsiyyət olunan arasındakı bağlılığın açıqlanması
vəsiyyət olunan şəxsin fitri və əqli rabitənin dərinliyini dərk
etməsinə səbəb olur. O, əmin olur ki, bu vəsiyyətnaməni yazan
onun xeyirxahıdır. Bu məsələ hər hansı moizənin, nəsihətin
qəbul olunmasında tə’sirli amildir. Vəsiyyət etdiyi şəxsin
e’timadını qazandıqdan sonra Həzrət (ə) həqiqi dəyərləri bəyan
etməklə hər bir agah aşiqin qəlbini və zehnini işıqlandırır.
Dostları ilə paylaş: