122
elm yolunda hərəkət edən insan bu yolda elə səhvlərə yol verə
bilər ki, oxuduqları ona bəlaya çevrilər. Ona görə də Həzrət (ə)
buyurur: “Səni müxtəlif cəhalət və nadanlıqlara görə
məzəmmət etdim ki, alim olduğunu zənn etməyəsən.” Həzrət
(ə) axirətin əhəmiyyətini, dünyanın axirətlə müqayisədə yerini
bəyan etdikdən sonra həyat yolundakı mümkün cəhalətlərdən
həzər qılır. Bildirir ki, alim cəhalətdən amanda deyil və şeytan
daim pusquda dayanıb fürsət gözləyir. Mümkün böhranlar alim
övlad üçün başqalarından daha təhlükəlidir.
Dostları ilə paylaş: