139
azıb uzaq düşmüşlər.” Səbəb budur ki, dünya aldadıcı və
cazibədar, axirət isə hiss üzvlərinin tə’sir dairəsindən kənardır.
Dünya daim göz qabağında, axirət isə düşüncə arxasındadır.
Dünya insanı son məqsəddən qəflətdə saxladığı üçün insana
nələrisə daim xatırlatmağa ehtiyac duyulur.
Əmirəl-mö’minin də imam Həsənə (ə) axirətin əhəmiyyətini
bir neçə cümlə ilə, bir neçə dəfə xatırladır. Həzrət (ə) buyurur:
“Bil ki, qarşında uzun yolun, üzücü əziyyətin var..” Həzrət
qarşısındakı yolun təhlükəsindən xəbər verir. Bütün bu
təkrarların səbəbi insanın qəlbindəki qəfləti aradan qaldırmaq,
onu dünya füsünkarlığından, laylasındakı yuxudan oyatmaqdır.
Dostları ilə paylaş: