ON YEDDINCI DƏRS
ALLAHLA ƏLAQƏ (1)
Bil ki, yer və göy xəzinələri əlində olan kəs sənə dua izni
vermiş və duanı eşidəcəyinə (icabət edəcəyinə) zamin
durmuşdur. Sənə buyurmuş ki, ondan istəyəsən və o da əta
etsin. O, bağışlayan və böyükdür. Səninlə özü arasında səni
ondan ayıracaq kəs qoymayıb. Səni məcbur etməmiş ki,
onun yanına şəfaətçi, vasitəçi aparasan. Günah etdiyin
halda sənə tövbəni qadağan etməmiş, geri dönəcəyinə görə
qınamamış, cəzalandırmaq üçün tələsməmiş, rüsvayçılığa
layiq olduğun halda rüsvay etməmiş, günahlarını hesaba
almamış, səni öz bəxşişindən ümidsiz etməmiş, tövbənin
qəbulunu çətinləşdirməmiş, tövbəni günahdan çəkinməyin
kimi yazmış, hər günahına bir cəza, hər yaxşı işinə on savab
vermişdir. Qayıdış, şadlıq qapısı açmış, istədiyin vaxt səsini
Dostları ilə paylaş: |