SONSUZ NE’MƏT Əvvəlcə də xatırlatdıq ki, Allah-təala buyurmuşdur: “Çağırın məni, yerinə yetirim.” Allah bu çağırışa gələnləri qapıda
saxlamır, başqasının üstünə gördərmir, get-gələ salmır. Bu
əlaqə bilavasitə, birbaşa Allahın özü ilə əlaqədir. Maraqlıdır ki,
bu ne’mət tükənməzdir. Hətta günaha batanlar da bu qapıdan
qovulmur. Peşmanlığını bildirib, tövbə edən bütün günahkarlar
üçün qayıdış, bağışlanma yolu qoyulmuşdur. Demək, uyğun
vasitə ilə təkcə gələcək tə’yin olunmur, eləcə də qaranlıq
keçmişin üzərindən xətt çəkilir. Bir ömür Allaha arxa çevirmiş,
öz başına minlərlə bəlalar gətirmiş, fitrətini eybəcərləşdirmiş
insan öz keçmişindən peşman olarsa, ona qayıdış yolu
göstərilmişdir. Yə’ni Allahla əlaqə yaratmaq üçün dua qapısı
açılmasından əlavə, keçmiş nöqsanları da aradan qaldırmağın
da çarəsi bəyan olunmuşdur. Bütün ne’mətlərin fövqündə
dayanan bu ne’məti “sonsuz qüvvə ilə sonsuz ne’mət”
adlandırmaq olar. Bir şəxs 70 il küfr və üsyandan sonra ağıla
gəlib, Allahın qapısında dayanarsa, gələcəyi haqqında dua
etməklə yanaşı, keçmiş günahlarının bağışlanması üçün də çarə
tapa bilər. Allah-təala buyurur: “Allah (tövbə edib, yaxşı iş