ALLAHıN ƏDALƏTINDƏ MƏRHƏMƏT CILVƏSI
A) Tövbənin asanlığı – Həzrətin (ə) kəlamları hər cəhətdən
uca mə’naya malikdir. Onun bir nöqtəsinin nuru diqqəti o biri
nöqtədən yayındırır. Sanki bir neçə bəsirətli şəxs bu nur
çeşməsini eyni zamanda müşahidə etməlidir ki, müxtəlif
nöqtələri görə bilsin. Həzrətin kəlamını bu hissəsi bizi Allahla
əlaqəyə rəğbətləndirməklə yanaşı, ilahi mərhəmətin genişliyini
diqqətimizə çatdırır. Əmirəl-mö’minin həzrət Əli (ə) buyurur:
“Günah etdiyin halda sənə tövbəni qadağan etməmiş, geri
dönəcəyinə görə qınamamış, cəzalandırmaq üçün tələsməmiş,
rüsvayçılığa layiq olduğun halda rüsvay etməmiş, günahlarını
hesaba almamışdır...” Bu sətirlər dua qapısının açıq olduğunu
xəbər verməklə yanaşı, ilahi mərhəmətin genişliyindən söhbət
açır. İnsan bu ilahi ne’mətdən istifadəyə həvəsləndirilir. Həzrət
(ə) xatırladır ki, Allah-təala günah edən bəndəsini dərhal
cəzalandıra da bilərdi və belə bir münasibət haqsız olmazdı.
Çünki bilərəkdən günah edən insanın cəzalanması ədalətli bir
işdir. Amma geniş mərhəmət sahibi olan Allah öz bəndəsini
bağışlamaq üçün ona möhlət vermiş, tövbə qapısı açmışdır. Bir
ömür günahdan sonra peşman olmuş insan üçün bağışlanma
155
yolu qoyulmuşdur. İlahi ədalət günahkarın cəzalandırılmasını
tələb etdiyi halda, bu ədaləti üstələyən mərhəmət günahkar
insanın tövbə yolu ilə bağışlanmasına şərait yaratmışdır. Ən
gözəli isə Allah-təala tövbə üçün ağır şərtlər qoymamışdır.
Məsələn, tövbənin qəbul olması üçün hansısa əziyyətli
mərhələlərdən keçmək lazım gəlmir. Səmimi qəlbdən peşman
olub, bir daha günaha qayıtmamaq qərarı ilə tövbə etmək
kifayətdir. Günahın tərki və peşmanlıq bağışlanmanın açarıdır.
Əlbəttə ki, buraxılmış ibadətlər yerinə yetirilməli, qəsb
olunmuş haqlar qaytarılmalıdır. Tövbə günahdan qəti şəkildə
uzaqlaşmaqdır. Günahların bağışlanması üçün bu qəti qərar
kifayət edir.
B) Saysız-hesabsız mükafat – ilahi mərhəmətin genişliyinin
digər bir cilvəsi bu mərhəmətin sonsuzluğudur. Bir misal
çəkək. Tutaq ki, yaxşı və pis işləri ölçmək üçün cihazımız var.
Üç sözü elə düzmək olar ki, bir düzümdə savab, digər bir
düzümdə günah görünsün. Amma üç kəlmədən ibarət bu cümlə
savab olduqda on qat mükafat, günah olduqda eyni qədər (bir
qat) cəza verilir. Hansı ki, ədalətə görə hər iki halda başabaş
əvəz verilməlidir. Amma Allah-təala öz mərhəməti sayəsində
yaxşı işə on qat əvəz verir. Qur’ani-kərimdə oxuyuruq: “Yaxşı
işə on qat əvəz verilir.” Ədalətə görə günah və savabın əvəzi
miqdarca fərqlənməməlidir. Mövcud fərq bir daha ilahi
mərhəmətin fövqəl’adəliyini göstərir. Bu yolla insanlar
yaxşılığa, xeyirxahlığa rəğbətləndirilir.
V) İlahi xəzinədən bəhrələnməyin asanlığı – Allah-təalanın
sonsuz ne’mətləri həmişə hamının istifadəsindədir. Günah
nəinki rəhmət qapısını bağlamır, hətta cəzaya layiq olan insan
tövbə vasitəsi ilə ne’mətlərə yol tapır. Allah bu şəxsin duasını
dinləyir, istəklərini yerinə yetirir. “İstədiyin vaxt səsini
eşitmişdir”, buyurur Həzrət (ə). Bu da bir rəhmət qapısıdır. Bu
yolla hər vaxt, hər yerdə Allahla əlaqə mümkün olur, istənilən
an qapısını döyə bilirik, ondan istəklərimizi diləyir və heç vaxt
ümidimizi itirmirik.
156
Beləcə, istədiyiniz vaxt onu çağırın, fürsəti qənimət bilib
istəklərinizi ərz edin, qəlbinizi ona açın. Bütün dərdlərinizi ona
bildirin və əmin olun ki, müşkülləriniz həll olunacaqdır.
Allah-təala dua vasitəsi ilə bütün xəzinələrinin açarını sizə
vermişdir, buyurmamışdır ki, ehtiyacınız qədər istəyin. Ağlınız
işlədikcə istəkləriniz yerinə yetəsidir. Həzrət (ə) buyurur:
“...İstədiyin vaxt onun xəzinələrinin qapısını dua açarı ilə
açasan (aça bilərsən).” Hər bir xəzinə sahibi öz xəzinəsinin
qapısına ən çətin açılan qıfılı asmağa çalışır. Allah-təala isə öz
xəzinələrinin açarını bütün bəndələrinin ixtiyarına vermişdir.
Amma əfsuslar olsun ki, bu genişlikdə ilahi mərhəmət
qarşısında, bütün xəzinələrin açarı əlimizdə olduğu halda bu
imkanlardan bəhrələnmirik. Nə üçün əziyyətsiz başa gələn
misilsiz ne’mətlərdən bir bu qədər xəbərsizik?! Əlimizdə dua
açarı olduğu halda, ilahi mərhəmət xəzinəsi qarşısında donub
qalmışıq!..
|