Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə129/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   156
Əbədi öyüd 2022

ON DOQQUZUNCU DƏRS
DUA (1)
İstəməkdə,  duada israrlı ol ki,  sənin üçün mərhəmət
qapısı açsın.  Duanı gec eşitməsi səni ümidsiz etməsin  –
həqiqətən,  bəxşiş istəyin qədərindən asılıdır.  Daha uzun
istəməyin

bixşişin
kamil
olması
üçün
duanın
eşidilməsində tə’xir baş verə bilər.  Olsun ki,  bir şey
istəyəsən və sənə verilməyə, ondan da üstününü bu və ya o
dünyada alasan. Ya da onun verilməməsi daha yaxşı sayıla.
Çox olsun ki,  istədiyin bir şey sənə verilsəydi,  dininin və
dünyanın puçluğunu onda görərdin.  O şeyi istəyəsən ki,  o
şeyin sənə yaxşılığı daha davamlı olsun, çətinliyi və əziyyəti
uzaq.  Nə var-dövlət sənə qalar,  nə də sən var-dövlətə.
Tezliklə yaxşı və pis işinin sonunu görərsən və ya kərim
bağışlayan bağışlayar.”


158
Şübhəsiz ki,  səsini ucaldaraq bəndəlik iddiası edənlər az
deyil.  Amma o kəslər həqiqi bəndədirlər ki,  bu bəndəliyi
əməldə göstərirlər. Qəlbinə bəndəlik buxovu taxan insan yalnız
Allah dərgahına əl açır.  Başqalarına ümid gözü ilə baxan,
möhtaca əl açan kəsləri kimsə Allah bəndəsi hesab etmir. Çünki
Allahdan qeyrisinə ağız açmaq bəndəliklə uyuşmayan bir işdir.
Həzrət Peyğəmbər  (s)  buyurur:  “Dua ibadətin məğzidir.”
Həzrət  (ə)  ilahi öyüdün bu hissəsində dua və onun
əhəmiyyətindən danışır, sonra duanı ilahi rəhmət xəzinələrinin
açarı kimi tanıtdırır.  Həzrətin  (ə)  buyuruğuna əsasən,  ilahi
mərhəmətin heç zaman tükənməyəcək sonsuz xəzinələri vardır.
Bu xəzinələrdən istifadə etmək üçün açara ehtiyac var və
Həzrətin (ə) fikrincə, bu açar duadır. Hər bir bəndə istədiyi vaxt
bu açar vasitəsi ilə mərhəmət xəzinələrini açıb,  ilahi
mərhəmətdən faydalana bilər.  Həzrət Əlinin  (ə)  buyuruqlarına
inanan insan duadan istifadə etmək qərarına gəlməlidir. Çünki
insan üçün duadan xeyirli ikinci bir iş yoxdur.  Həzrətin  (ə)
vəsiyyətində dua və onun tə’siri elə açıqlanmışdır ki,  şübhəyə
zərrəcə yer qalmamışdır.  Uyğun kəlamlar dinləyicini duaya
tələsdirir.  Amma yetərli mə’lumata malik olmayan insanlarda
yersiz suallar da yarana bilər.  Həzrət  (ə)  bu sualların aradan
qaldırılması üçün bə’zi mətləblər açıqlayır.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin