DUA BƏNDƏLIYIN ƏMƏLI E’TIRAFıDıR Duanın cövhəri ibadətdir. Özünün sındırıb, istər zahirdə
Allaha əl açan, istər batində onu çağıran şəxs ibadət edir. Çünki
bu əməllər bəndəliyin və ilahi məqamın e’tirafıdır. İbadətin
ruhu da elə bu mə’nadadır. Namaz qılmaq və ya digər bir
formada Allahın böyüklüyünü, öz kiçikliyini izhar etmək
ibadətdir. Duanın da mahiyyəti bundan ibarətdir. Əlini açıb,
Allahı çağıran insan, şübhəsiz ki, özünü bəndə bilir. Əgər dua
etməklə insan heç bir istəyinə çatmasa da, onun dua vasitəsi ilə
bəndəliyini bildirməsi böyük işdir. Bəndəliyin izharı bütün
duaların qəbul edilməsindən üstündür. Əfsus ki, insan duanın
dəyərini
qədərincə
hiss
etmir. Dua
insanı
Allaha
yaxınlaşdırmaqdan əlavə həm də ibadətdir. İstəklərinin qəbulu
da öz yerində!