Ustad Misbah Y?zdi


DUANıN QƏBULUNUN TƏ’XIR SƏBƏBI



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə134/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   156
Əbədi öyüd 2022

DUANıN QƏBULUNUN TƏ’XIR SƏBƏBI.
Duanın  qəbulunun  tə’xir  səbəbləri  haqqında  rəvayətlər
çoxdur. İncə məziyyətlərə malik olan bu rəvayətlərin mütaliəsi
məhəbbət vadisində qədəm atanlar üçün çox xoşdur. Məsələn,
bir  hədisdə  imam  Sadiq  (ə)  buyurur:  “Mö’min  dua  edərkən
Allah-təala  mələklərə  buyurur:  “onun  duasını  qəbul  etdim.
Amma ona əta etməyib, saxlayın – bu mö’min bəndənin səsini
eşitmək  istəyirəm...”  Amma  günahkar  insanın  səsi  Allaha  xoş
gəlmədiyindən  bə’zən  onun  istəyini  dərhal  verər.  Mö’minin
duasının yubanma səbəbi isə ilahi sevginin nişanəsidir.
Həzrətin (ə) buyuruqlarına əsasən, bir qisim insan öz duasının
nəticəsini axirətdə əldə edər. Amma onlar Allahla ünsiyyətdən
ləzzət aldıqları üçün heç vaxt duadan yorulmazlar. Dua vasitəsi
ilə Allahla əlaqəyə elə bağlanarlar ki, duadakı istəklərin qəbulu


162
yaddan çıxar. Həzrət (ə) buyurur:  “Olsun ki, bir şey istəyəsən
və  sənə  verilməyə,  ondan  da  üstününü  bu  və  ya  o  dünyada
alasan.”  Allah  bə’zən  insana  onun  istəyindən  da  yaxşısını
yetirir. İnsan elə güman edir ki, bu şey ona dua etmədiyi halda
yetirilib.  Hansı  ki,  Allah-təala  insanın  duasını  qəbul  etmiş,
sadəcə,  onun  istədiyini  yox,  daha  xeyirli  bir  ne’mət  əta
etmişdir.  Amma  elə  böyük  tutumlu  insanlar  vardır  ki,  Allah
onların  duasını  axirət  üçün  qəbul  edir.  Belə  insanlar  dua
vasitəsi  ilə  ünsiyyəti  onun  qəbul  olmasından  üstün  sayırlar.
Eləcə  də,  mərhəmətə  daha  çox  ehtiyac  duyduqları  axirətdə
dualarının  faydasını  görürlər.  Bu  insanlar  axirət  ne’mətlərinin
dünya  ne’mətlərindən  üstün  olduğunu  bildikləri  üçün  axirət
sevdasına üstünlük verirlər.
Ümumiyyətlə, Allah-təala həmişə daha üstün ne’məti əta edir.
Ya  dünyanın,  ya  da  axirətin  ən  üstün  ne’məti  əldə  olunur.
Bə’zən  duanın  tə’xirə  salınması  münasib  hesab  edilir.  Çünki
bə’zən insan öz zərərinə dua edir və anlamır ki, istədiyi şey ona
xeyir  gətirməyəcək.  Belə  duaları  Allah  qəbul  etsə,  insan  özü
peşman olar. Çox olur ki, israrlı dualar, ağır nəzirlər vasitəsi ilə
əldə  olunmuş  bir  şey  sonradan  insana  böyük  problemlər
yaradır.  Kimi  bu  kimi  hallarla  öz  həyatında  rastlaşır,  kimi
başqalarının  həyatında  uyğun  halları  müşahidə  edir.  Bə’ziləri
Allahın  məsləhətini  nəzərə  almadan  israrla  övlad  istəyirlər.
Allah  onlara  övlad  əta  etdikdən  sonra  bu  övlad  valideyni
hörmətdən salır, onu min bir əzab-əziyyətə düçar edir. Təbii ki,
belə valideynlər sonradan peşman olur, “kaş sonsuz qalaydım”
deyə  təəssüflənirlər.  Allah-təala  israrla  öz  zərərlərinə  dua
edənlərin  duasını  ona  görə  qəbul  edir  ki,  həmin  şəxslər
Allahdan  inciyib,  öz  imanlarını  itirməsinlər.  Dar  düşüncəli
insan Allahdan istədiyi şeyin zərərli olduğunu anlamır və duası
qəbul  edilmədikdə  Allahdan  üz  döndərir.  Allah  isə  öz
bəndəsinin  imandan  məhrum  olmaması  üçün  duasını  yerinə
yetirir.


163
İnsanlar  duaya  münasibətdə  bir-birlərindən  fərqlənirlər.
Bə’ziləri  duaları  qəbul  olmadıqda  Allahdan  üz  çevirmək
həddinə  çatırlar.  Allah  belələrinin  imanını  qorumaq  üçün
onların dualarını qəbul edir. Bə’ziləri isə duaları qəbul olduqda
şeytanın  tilovuna  düşürlər.  Allah  belələrinə  qarşı  başqa  növ
tədbir görür.
Peyğəmbər  (s)  zamanında  yaşayan  bir  şəxs  maddi  cəhətdən
sıxıntı  içində  yaşayırdı.  Həzrət  (s)  ona  qoyun  almaqda  kömək
etdi.  Həmin  qoyun  doğub-törədi.  Bir  müddət  sonra  kişi  sürü
sahibi  oldu.  Sürü  böyüdükcə  onu  şəhərdə  saxlamaq  çətinləşdi
və kişi şəhərdən çıxıb, kənarda bu işlə məşğul olmağa başladı.
Şəhərdə  olmadığından  Peyğəmbərin  (s)  imaməti  ilə  qılınan
camaat  namazlarından  da  məhrum  oldu.  Namazdan
uzaqlaşması onun imanını o qədər zəifləşdirdi ki, Peyğəmbərin
(s)  zəkat  üçün  göndərdiyi  şəxsə  zəkat  ödəməkdən  boyun
qaçırdı, hətta onları bac yığmaqda ittiham etdi. Bir sözlə, həzrət
(s)  nəhayət  ona  verdiyi  sərmayəni  geri  almaq  qərarına  gəldi.
Həmin  şəxs  böyük  sürü  ilə  müqayisədə  həzrətin  (s)  tələbini
əhəmiyyətsiz  sayıb,  ilkin  sərmayəni  ona  qaytardı.  Amma
unutdu  ki,  var-dövləti  həmin  sərmayədən  bərəkətə  gəlib.  Nə
isə, sərmayə qaytarıldıqdan sonra bəla nazil oldu və sürü məhv
olub  getdi.  Həmin  kişi  Allaha  israrla  dua  edib,  var-dövlətini
geri  qaytarmaq  istədi.  Hansı  ki,  Peyğəmbər  (s)  verdiyi
sərmayəni  geri  almaqla  onu  imansızlıqdan  xilas  etmək
istəmişdi.  Bəli,  bə’zən  insanın  dünyəvi  istəyi  onun  axirətinə
zərərli  olduğundan  Allah-təala  onun  dinini  qorumaq  məqsədi
ilə duasını qəbul etmir.
Deyilənlərdən  belə  nəticə  çıxarmaq  olmaz  ki,  dua  etmək
faydasızdır və Allah onsuz da öz məsləhət bildiyini əta edir, yox!
Maraqlıdır ki, Allah öz istədiyini nəsib etdiyi halda duanın faydası
nə olur? Qeyd etməliyik ki, dua Allaha ibadətdir, qəbul olmasa da
savabı  var.  Eləcə  də,  heç  bir  dua  cavabsız  qalmır.  Sadəcə,  dua
tə’xirə  düşə  bilər,  insana  onun  istədiyindən  daha  faydalı  bir  şey
əta olunar. Bə’zi duaların bəhrəsi isə axirət həyatında əldə edilir.


164

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin