165
şikarısan və sözsüz, bir gün səni tapasıdır; qorx ki, səni
xoşagəlməz, pis halda tapa; sən özünlə tövbə etməkdən
danış, o isə səni tövbədən ayırsın; elə həmin an özünü puça
çıxarmış olarsan.”
Əmirəl-mö’minin (ə) imam Həsən-müctəbaya (ə) öyüdünün
araşdırılmasında söhbət bir nöqtəyə çatdı ki, buyuruqların
mehvəri dua, onun əhəmiyyəti, duanın insan səadətinə tə’siri və
günahların bağışlanması oldu. Bildik ki, bə’zən dua tə’xirə
salınır, bə’zən daha xeyirli bir ne’mətlə əvəz olunur, bə’zən isə
onun faydası axirətdə verilir. Çünki Allah hansı ne’mətin daha
xeyirli olduğunu və nə vaxt vermək lazım gəldiyini daha yaxşı
bilir. İnsan zərərli bir şey istədikdə Allah öz məsləhət bildiyini
əta edir. Allah duanı qəbul edərkən dua edənin məsləhətini
nəzərə alır. İndi isə dua haqqında bə’zi məsələləri, incə
nöqtələri araşdıracağıq.
Dostları ilə paylaş: