166
dərəcəsinə çatmayan dualar da var. Bə’zi rəvayətlərdə duanın
qəbul şərtləri bəyan olunur. İmam Sadiq (ə) buyurur: “Duanın
qaydalarına əməl et. Şərtlərə əməl etmədiyin halda duanın
qəbul olmasını gözləmə.” Həzrət Əlidən (ə) bə’zi duaların
qəbul edilməməsi səbəbi soruşulduqda buyurur: “Bə’zi duaların
qəbul olmamasının səbəbi işinizdə mövcud olan nöqsanlardır.”
Yə’ni ilkin şərtləri ödənməyən dualar qəbul edilmir. Amma
qaydalara əməl olunduqda bütün dualar qəbul edilir. Demək
qəbul olunmayan duamız yoxdur. Ya istədiyimiz şey, ya da
ondan yaxşısı əta olunur. Yə’ni dua heç vaxt cavabsız qalmır.
Sadəcə, duasının qəbul olmasını istəyən şəxs duanın şərtlərinə
əməl etməlidir. Məsələn, şərtlərdən biri budur ki, Allahdan
onun məsləhət bildiyi şeyləri istəyək. Allahı alim, özünü cahil
bilən insan heç vaxt duada müəyyən bir şey üçün israrla ağız
açmır. Duanın şərtlərindən biri Allahdan onun hikmətinə zidd
olan şeylərin istənilməməsidir. Duada özününümayiş və riyaya
yol vermək olmaz. Belə dualar qəbul olunmur. Allah-təala
xalis, diqqətli, səmimi bəndənin əlini heç vaxt boş qaytarmır.
Mə’lum olur ki, duanın şərtlərinə əməl olunduqda onun rədd
edilməsi ehtimalı yoxdur.
Dostları ilə paylaş: