Ustad Misbah Y?zdi


MƏADA (ÖLÜMDƏN SONRAKı HƏYATA) INAM VƏ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə145/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   156
Əbədi öyüd 2022

MƏADA (ÖLÜMDƏN SONRAKı HƏYATA) INAM VƏ
RƏFTARıN ISLAHı (TƏRBIYƏ)
Əgər  Qur’ani-kərimə  diqqət  etsək,  görərik  ki,  daha  çox
əhəmiyyət  verilmiş  məsələlərdən  biri  axirət  həyatı  və  ölümün
xatırlanmasıdır. Doğrudan da, axirətə iman, əbədi həyata diqqət
insanın  rəftarında,  tərbiyəsində  mühüm  rol  oynayır.  Bu
istiqamətdə  axirət  inancı  tövhid  inancından  da  tə’sirlidir.
Diqqət  etsəniz,  əksər  insanlar  Allaha  inanır,  amma  bu  inam
onların həyat tərzini dəyişmir. Onlar istədikləri kimi yaşayır və
Allahın  razılığını  nəzərə  almırlar.  Amma  axirət  inamı  insanın
həyat  tərzinə  tə’sir  göstərir,  onu  bir  başqa  şəkildə  yaşamağa
vadar edir. Axirətə inanan insan anlayır ki, öz istəyincə yaşasa,
bədbəxt  olası,  əbədi  əzaba  qovuşasıdır.  Bəli,  axirət  həyatına
inanan  şəxs  axirət  əzabını  nəzərdən  qaçıra  bilmir.  Düşüncəli
insan  əbədi  axirəti  müvəqqəti  dünya  həyatı  ilə  müqayisə
etdikdə,  şübhəsiz  ki,  əbədini  qoyub  məhdudu  seçəsi  deyil.
Amma  elə  Allah  aşiqləri  da  var  ki,  Allahın  razılığını  həm
dünya, həm də axirət xoşbəxtliyindən üstün tuturlar. Əfsus ki,
belələri çox azdır. Əksər müsəlmanlar ilahi razılığa yox, behişt
və  onun  ne’mətlərinə  üstünlük  verirlər.  Amma  həqiqi  mö’min
üçün  Allahın  razılığı  hər  şeydən  üstün  olmalıdır.
Qur’ani-kərimdə  oxuyuruq:  “...Allahın  razılığı  isə  daha
böyükdür.”  Bəli,  insanların  iman  dərəcələri  çox  fərqlidir.  Çox
nadir insanlar Allahın razılığını hər şeydən üstün tutur. Həzrət


176
Əli (ə) Allaha belə ərz edir: “And olsun izzət və cəlalına, əgər
razılığın  bunda  olsa  ki,  bədənim  tikə-tikə  doğransın,  ən  pis
qətldən  70  qat  ağır  şəkildə  öldürülüm,  razı  olaram.  Hər  halda
sənin  razılığını  istəyirəm.  Razılığın  bunda  olsa  ki,  axirət
odunda  yanım,  yenə  sənin  razılığını  üstün  tutaram...”  Adi
insanlar  üçün  bu  sayaq  düşüncələr  yaddır.  Hətta  ən  imanlı
insanlar da mə’sumların uyğun sözlərini təkrarlamaqdan başqa
bir iş bacarmırlar. Böyük xalq kütlələrinə daha çox tə’sir edən
axirət  əzabı,  cəhənnəm  odudur.  Daha  doğrusu,  adi  insanların
tərbiyəsində  behişt  müjdəsi  və  cəhənnəm  qorxusu  Allahın
razılığından  daha  tə’sirli  bir  amildir.  Yalnız  Allahın  razılığını
düşünənlər isə çox azdır.
Bəli,  axirətə  inanan,  xeyir  və  şər  əməllərinin  əvəzini
alacağına  əmin  olan  insanlar  öz  əməllərinə  nəzarət  edir,
nəfslərini başlı-başına buraxmırlar. Amma axirət həyatına ciddi
yanaşmayanlara nəfs qalib gəlir, onlar ötəri dünya ne’mətlərini
daha  üstün  tutur,  min  bir  günaha  batırlar.  Demək,  əksər  vaxt
günah  və  cinayətin  qarşısını  alan  əbədi  axirət  əzabına  inam
olur. Onu da qeyd edək ki, axirət ne’mətləri axirət əzabı qədər
tə’sirli deyil.
Deyilənlərdən  aydın  olur  ki,  nə  üçün  Qur’an  və  Əhli-beyt
buyuruqlarında,  eləcə  də,  “Nəhcül-bəlağə”də  axirət,  onun
dünyadan  üstünlüyü,  dünya  sevgisinin  əbədi  axirət
xoşbəxtliyinə  maneçiliyi  məsələləri  diqqət  mərkəzində
dayanmışdır. Məqsəd bu deyil ki, insan dünyaya arxa çevirsin.
Axı dünya həyatı özü də çox böyük ne’mətdir və axirət həyatı
dünyada  qazanılır.  Məzəmmət  olunan  dünya  yox,  dünyaya
hərislik,  aşiqlik,  vurğunluqdur.  Həzrət  Əlinin  (ə)  uyğun
məsələləri 
tez-tez 
təkrarlaması 
onların 
əhəmiyyətini
qabartmaqdır.  Dünya  ləzzətləri  aldadıcı  olduğundan  insanın
daimi  xəbərdarlığa  ehtiyacı  var.  Uyğun  mövzuların  təkrarında
digər bir məqsəd insanın ölümü unutmamasıdır. Ölümü unudan
insan şeytana daha asan aldanır və anlamır ki, işin sonu nə ilə
nəticələnəcək. Dünya ləzzətlərinə aldanmış insan bu ləzzətlərin


177
müvəqqəti olduğunu dərk etmir. İnsan öz həmnövlərinin başına
gələn müsibətləri, qəfil ölümləri gördüyü halda, yenə də dünya
həyatının  əbədi  olduğunu  zənn  edir.  Dünyanın  sonunu  görən
insan öz rəftarında az-çox dəyişiklik edir. Dünyanın müvəqqəti
olduğunu anlasaq, ötən anların qədrini bilərik. İnsan dünyanın
ötəriliyinə  diqqətli  olduğu  qədər  öz  ömrünü  qənimət  sayır.
Ömrün  qısalığına  diqqətsiz  insanlar  isə  dünya  ləzzətlərinə  baş
qatıb,  yavaş-yavaş  ölümü  yaddan  çıxarırlar.  Ölümü  unudan
insana  qəflət  hakim  olur  və  günah  günah  ardınca  düzülür.
Demək,  şeytan  və  nəfsin  hiylələrindən  qurtarmaq  üçün  çıxış
yolu ölümü xatırlamaq, dünyanın faniliyini unutmamaqdır.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin