179
dəyərsiz olduğunu bəyan edir. Həzrət (ə) axirət dünyası
ne’mətlərinin sonsuzluğuna o qədər əmindir ki, qeyb pərdələri
qaldırılsa, onun yəqinliyinə bir zərrə də əlavə olunmaz.
Amma dünyaya mə’sumlardan fərqli baxan bizlər həzrətin
“dünya dəyərsizdir, ona bağlanmayın” sözlərini gündə on dəfə
eşitsək də, yenə əmin olmuruq. Bizi cəhalət içində görən
imamlar hər vasitə ilə düşüncəmizi həqiqətə yaxınlaşdırmağa
çalışırlar. Nəfs istəkləri bəsirət gözümüzü bağladığından
şeytani vəsvəsələr qəlbimizi əhatə etmiş, dünya məhəbbəti bizə
qələbə çalmışdır. Allah bəndələrini sevən həzrət Əli (ə)
müxtəlif nəsihətlərlə bizi qəflətdən oyatmağa, “çürümüş donuz
sümüyünə” aşiq olmamağımıza sə’y göstərmişdir. Çünki
dünyaya aşiq olan axirətini itirir. İnsan öz dini vəzifələrinə
əməl edərsə, həm dünyanın halal ne’mətlərindən faydalanar,
həm də əbədi axirət ne’mətlərindən məhrum olmaz.
Dostları ilə paylaş: