24
Allah-təala. İnsan çox vaxt çətinliklərdən qurtulmaq üçün
dünyəvi vasitələrə əl atır. Əslində isə insanı xoşbəxtliyə
qovuşdurası yeganə yol Allah yoludur.
Əlbəttə ki, Allah yolunun müxtəlif nümunələri ola bilər.
Məsələn, “Allahın ipindən birgə yapışın” ayəsində “Allahın
ipi” kəlməsi müxtəlif cür təfsir olunur. Bə’zən Qur’an, bə’zən
İslam, bə’zən Əhli-beyt, bə’zən isə mə’sum imamların vilayəti
“Allahın ipi” hesab olunur. Amma bütün təfsirlərin arxasında
Allahla bəndə arasındakı rabitə durmuşdur. Xilas olmaq istəyən
şəxs Allaha bağlanmalıdır. Qur’anın bütün hökmlərini qəbul
edib, əmələ başlamaq həmin qırılmaz ipdən yapışmaq, Allaha
bağlanmaqdır. Bə’zən “ip” əvəzinə “səbəb” kəlməsi işlədilir.
Əslində “səbəb” kəlməsinin də ərəbcə lüğət mə’nası “ip” və ya
rabitə deməkdir. Bu kəlmələrin hər bir iki şey arasında bağlılığı
ifadə edir. Allah-təala buyurur: “ Ona (Allaha) vasitə, yol
axtarın.” Bu ayənin nümunələrindən biri Əhli-beytə (ə)
təvəssüldür. İnsan Allahla rabitə yaratmaq üçün yol axtarır,
Allahın mə’sum imamlarını vasitə seçir. Bəli, qurtuluş üçün ən
yaxşı yolu seçmək lazım gəlir.
Həzrət Əli (ə) sözünün davamında buyurur:
“Səni Allahla
Dostları ilə paylaş: