182
Məbada, ey oğlum, dünyanın bol eyiblərinin pisləşdirdiyi
kəs olasan! Dünya əhlinin bir qismi ayağıbağlı dəvədə
dayanır, digər qismi ağlını əldən verib əyri yolda azad
gəzir; işlərində avara, zərər otlağında, çətin biyabanda,
keçilməz yoldadırlar; işlərinə yarayası bir çobanları
yoxdur; aram ol ki, qaranlıq pərdəsi kənara çəkilsin; guya
karvan mənzilə çatmış və tələsən karvanı tapır.”
Dünya sevgisi ilə axirət sevgisi heç vaxt bir araya sığmır.
İslam dininə görə mö’minin qəlbi axirət sevgisi mə’dəni
olmalıdır. Bu ideala doğru hərəkətdə qarşıya çıxan mümkün
maneələr daim diqqət mərkəzində olmuş və olmaqdadır.
Söhbətin növbəti hissəsində həmin amillər sadalanır. Sevgi və
nifrət ocağı olan qəlbin tərbiyəsi insanın islahına səbəb olur.
Dostları ilə paylaş: