184
salır, onların böyüklüyü kiçikləri məğlub edir...” Doğrudan da,
böyüklərin kiçiklərlə qidalanması heyvanlara xas bir əlamətdir.
Ağıllı insan bu yolu tutarmı?! Həzrət dünyapərəstləri qoyun
sürüsündən də əskik tanıtdırır. Sürünün qayğısını çəkən, ona
yol göstərən çoban olduğu halda, dünyapərəstlər başlı-başına
qalmış xəstə sürüyə bənzəyirlər. Bu sürüdə də bir çoxluq var.
Məgər bu çoxluğa qatılmaq olarmı?! Həzrət (ə) dünyapərəstləri
çobanın
başlı-başına
buraxdığı
xəstə
sürüyə
oxşadır.
Qur’ani-kərimdə
bu
barədə
buyurulur: “Artıq
bizim
zikrimizdən üz döndərib, dünya həyatından başqa bir şey
istəməyənlərdən uzaq ol.” Bəli, belələrinin elm və mə’rifəti
digər canlıların olmayan elm və mə’rifətindən fərqlənmir.
Onlar üçün nəfs istəklərini doyurmaqdan başqa məqsəd yoxdur.
Belələri heyvandan da aşağı məqamdadırlar. Heyvan insana
fayda verdiyi halda, dünyapərəst insanın zərrəcə faydası
yoxdur. Bu qəbil insanların çoxluğu sizi çaşdırmasın!
Dostları ilə paylaş: