26
Söhbətin mövzusu Əmirəl-mö’mininin (ə) öz ömrünün
sonunda övladı imam Həsənə (ə) vəsiyyətidir. Vəsiyyətnamənin
müqəddiməsində onun qısa məzmunu verilmişdir. Bə’zi
yazıçılar kitabın əvvəlində əsərin qısa məzmununu verirlər.
Həzrət Əli (ə) də bu yolla getmişdir. Vəsiyyətnamənin
xülasəsindəki bə’zi cümlələri şərh etdik. İndi bu şərhi davam
etdiririk.
Vəsiyyətin bu hissəsində əsas mövzu insan qəlbidir. Çünki
insanın islahı, tərbiyəsi onun qəlbinin islahından, tərbiyəsindən
ibarətdir. Əslində insanlıq sırf qəlblə bağlı bir həqiqətdir.
Allaha yaxınlaşmaq istəyən insan hədəfə doğru qəlb yolu ilə
hərəkət etməlidir. Paklanmaq istəyən insan öncə qəlbini
paklamalıdır. İnsan həyatında əsas rol oynayan məhz onun
qəlbidir.
Dostları ilə paylaş: