Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə21/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   156
Əbədi öyüd 2022

QƏLBIN DIRILIK AYINI
Qəlbin dirilik və ölülüyündən danışdıqdan sonra bu işin hansı
yolla həyata keçməsini bilmək faydalı olardı. Qəlb hansı yolla
dirilə  bilər,  heyvani  hisslər  hansı  yolla  aradan  qalxar?  Bu
məqsədlərə necə çatmaq olar?
Həzrət  Əmirəl-mö’mininin  (ə)  moizəsindən  mə’lum  olur  ki,
insan  qəlbi  həyat  və  ölümə  malikdir.  Bu  qəlbdə  bə’zi
fəaliyyətlərin həyatı, bə’zi fəaliyyətlərinsə ölümü faydalı hesab


30
olunur.  Qəlbin  faydalı
həyatı
onda
ilahi
meyllərin
hökmranlığından ibarətdir.  Qəlbin faydalı  ölümü  isə  ondakı
heyvani  meyllərin  məhvidir.  Bəs  faydalı  həyat  və  ölümə  necə
nail  olmaq  mümkündür?  Eləcə  də,  zərərli  həyat  və  ölümdən
necə yaxa qurtarmaq olar?
Həzrət  (ə)  qəlbin  dirildilməsi  üçün  belə  tövsiyyə  edir:
"Qəlbini  moizə  və  nəsihətlə  dirilt".  Bəli,  qəlbin  diriliyinə  nail
olmaq  üçün  ən  yaxşı  yol  moizə  dinləmək  və  nəsihətamiz
kitablar oxumaqdır. Məsələn, Qur’ani-kərimdən, Peyğəmbər (s)
və  Əhli-beytin  (ə)  moizələrindən  istifadə  olunmalıdır.  İnsan
özü  də  özünü  moizə  edə  bilər.  Hər  bir  şəxs  ilahi  nəsihətləri
xatırlayaraq öz nəsihətçisi, vaizi ola bilər. Moizələri dinləmək,
oxumaq, xatırlamaq vasitəsi ilə qəlb dirilə bilər. Bütün bunları
asanlıqla  təcrübədən  keçirmək  olar.  Moizələrdən  faydalanan
insan  öz  daxilində  müsbət  meyllərin  oyandığını  hiss  edir.
Məsələn, tənbəllik səbəbindən nafilə namazı qılmayan insan bu
mövzuda  moizə  dinlədikdən  sonra  həmin  ibadətə  həvəslənir.
Moizədən  qabaq  televizor  qarşısında  oturub,  vaxtını  faydasız
filmlərə baxmaqla keçirməyi üstün tutan adam moizədən sonra
Qur’an oxumağa, ibadətə üstünlük verir. Moizədən əvvəl axirət
barədə  düşünməyən  insan  moizədən  sonra  uyğun  movzuya
maraq göstərir, mütaliə etməyə çalışır. Çünki moizədən qabaq
onun  qəlbi  ölü  idi,  müsbət meyllər yatmışdır,  amma moizə
meylləri hərəkətə gətirdi, qəlb canlandı. 
Bəli, moizə ölü qəlbi dirildi bilər. Yə’ni moizə insan qəlbini
lazım  olan  istiqamətə  yönəldir,  müsbət  meylləri  hərəkətə
gətirir.  Bə’zən  də  yaş  həddi,  fizioloji  amillər  və  digər  təbii
vasitələr insandakı heyvani hissləri gücləndirir. Nəticədə insan
elm və bilikdən, ibadətdən uzaqlaşır. Bə’zən isə xarici amillər
insanı uyğun istiqamətə meylləndirir. Məsələn, bə’zi səhnələrin
seyri, bə’zi söhbətlərin dinlənilməsi uyğun meylləri gücləndirir.
Mənfi  meyllərin  güclənməsi  ehtimalı  gənclərdə  daha  çoxdur.
Pisliyə meylli gəncin də qəlbi diridir. Amma bu dirilik şeytana
doğru  hərəkətin  fəallığından    ibarətdir.  Belə  bir    diriliyə  son


31
qoyulmalıdır.  Bəs  bu  alovu  necə  söndürmək  olar?  Həzrət  (ə)
yol  göstərir:  "...zöhd  və  pəhrizlə  öldür".  Bəli,  insan  maddi
ləzzətlərə  təslim  olmamalıdır.  Təhrikedici  qidalar  qəbul  edən,
səhnələrə  baxan,  söhbətlər  dinləyən  insanın  qəlbində  şeytani
əhval  yaranır.  Bu  meyllərə  nəzarət  olunmalı,  hədd
qoyulmalıdır.  Mənfi  əhvaldan  qurtarmaq  istəyən  şəxs  yol
tapmalıdır.  Mənfi  meylə  səbəb  varsa,  təbii  ki,  o,  hərəkətə
gəlməlidir. Ona görə də səbəblə mübarizə aparmaq lazım gəlir.
Gənclərin fiziki və psixoloji durumundan asılı olaraq, xüsusi ilə
böhran dövründə olanlar arasında mənfi meyllərin fəallığı üçün
şərait  daha  münasibdir.  Dünyəvi  ləzzətlərlə  mübarizə  yolu
çoxdur.  Oruc  tutmaq,  ibadət,  ilahi  dəyərlər  haqqında  düşüncə
dünya ləzzətlərinə marağı azaldır. 
Deyilənlərdən  mə’lum  oldu  ki,  insanı  Allaha,  mə’nəviyyata,
kamilliyə  doğru  istiqamətləndirən  həyat  qəlb  üçün  müsbət
sayılır. İnsan vücudunda belə müsbət fəallıq varsa, onun qəlbi
diridir.  Belə  bir  fəallıq  əldə  etmək  üçün  ən  münasib  yol
moizədir.  İnsanı  axirət  və  axirət  dəyərlərinə  həvəsləndirmək
üçün  moizə  müstəsna  rol  oynayır.  Heyvani  şəhvətlərin,
meyllərin cilovlanmasından ibarət olan qəlb ölümü isə zöhd və
pəhriz vasitəsi ilə əldə oluna bilər. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin