Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə22/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   156
Əbədi öyüd 2022

QƏLBI GÜCLƏNDIRMƏ YOLU 
Vəsiyyətin davamında Həzrət Əli (ə) qəlb üçün iki müsbət hal
və  bu  halların  əldə  edilmə  yolunu  göstərir:  “...Yəqinliklə
gücləndir,  hikmətlə  işıqlandır.”  Hər  bir  üzv  və  amil  yalnız
tələb olunan  şərtlər ödəndikdə  öz işini lazımınca yerinə yetirə
bilir.  Bu  amil  həm  bitki  və  heyvanlara,  həm  də  insanlara
münasibətdə  özünü  doğruldur.  Məsələn,  bədən  lazımınca
inkişaf  etmişdirsə,  insan  bir  çox  istəklərini  həyata  keçirməyə
qadir olur. Qəlb də belədir. O, yalnız o vaxt istəyinə çata bilir
ki, güclü olsun. Göstərdiyi sə’ylərdən asılı olmayaraq, istəyini
gerçəkləşdirə  bilməyən  qəlb  zəifdir.  Allah-təala  insana  məhz
istəklərini həyata keçirə bilməsi üçün qəlb əta etmişdir. 


32
Bəs qəlbi hansı yolla gücləndirmək olar? Qeyd etdik ki, insan
ruhu iki baxımdan diqqəti cəlb edir: elm və agahlıq yönü; meyl
və  istək  yönü.  Ruhun  dərk,  elm  və  agahlıq  yönü  daha
maraqlıdır. 
Qəlbin  elmi  yönü  yəqinlik  vasitəsi  ilə  güclənir.  Zəruri
bilikləri  qazana  bilən,  taleyüklü  e’tiqadi  mətləbləri  qavraya
bilən  qəlb  güclüdür.  Elmi  yəqinliyə  malik  olmayan,
şəkk-şübhələr  içində  vurnuxan  qəlb  isə  zəifdir.  Qəlb  istənilən
məqama  yüksəlmək  üçün  yəqinlik  dərəcəsinə  çatmalıdır.
Yəqinliyə çatmamış qəlb insanı həlak edəsidir. 
Qəlbini  gücləndirmək  istəyən  insan  yəqinlik  əldə  etməlidir.
Öz  mə’rifətinə  biganə  olan  şəxsin  qəlbi  zəifliyə  məhkumdur.
Allaha,  axirətə,  digər  zəruri  e’tiqadi  məsələlərə  münasibətdə
özündə  zəiflik  hiss  edən  insan  aram  dayanmamalıdır.  O,
yəqinliyə  çatanadək  çalışmalıdır.  Bu  istiqamətdə  fəaliyyət
göstərməyən  qəlb  günbəgün  zəifləyir,  nəhayət,  insan  süquta
uğrayır.  Bədən  də  belədir.  Bir  üzvü  fəaliyyətdən  düşmüş
orqanizm daim zəifləyir. Məsələn, bir neçə il bağlı qalmış göz
görmə  qabiliyyətini  itirir.  Bir  gözü  zəifləmiş  adama  məsləhət
görülür  ki,  güclü  gözünü  bir  müddət  bağlasın.  Bir  sözlə,
fəaliyyət  göstərməyən  istənilən  orqan  gücünü  itirir.  Qəlbi
gücləndirmək  üçün  də  onun  çalışdırılması,  dəlillər  vasitəsi  ilə
yəqinlik əldə olunması zəruridir.
Yəqinlik əldə etmək üçün çox yol var. Bu yollardan biri əqli
dəlillərlə  silahlanmaqdır.  Şübhədə  olan  insan  biganə
qalmamalı, möhkəm dəlillər əldə etməklə yəqinliyə çatmalıdır.
Yəqinliyi  olmayan  bütün  insanlar  problemlərlə  üzbəüzdürlər.
Qəlb zəifliyinin səbəbi tapılmalı və bu xəstəlik dərhal müalicə
olmalıdır. Allah-təala bu məqsədlə yollar müəyyənləşdirmiş və
şəkk-şübhəyə  aparan  işləri  qadağan  etmişdir.  Qur’ani-kərimdə
buyurulur: 
Allah-təala 
həmin 
məqsədə 
aparan 
yolu 
da
müəyyənləşdirmişdir.  Güclü  qəlb  istəyiriksə,  yəqinlik  əldə
etmək üçün çalışmalıyıq.


33
İstənilən  bir  orqanizm  qida  maddələri  ilə  tə’min  olunduqda
onun  kamilliyi  artır.  Yə’ni  yeni  bir  hal  yaranır  və  bu  hal
orqanizmin  yeni  güc  əldə  etməsinə  səbəb  olur.  Qəlb  də
orqanizm  kimi  qidaya  ehtiyaclıdır.  Yəqinlik  bir  növ  qəlbin
qidasıdır.  Cəhalət  girdabında    çobalayan  qəlb  zəifləyir  və  bir
gün məhv olur. 
Qəlbin  vəzifələrindən  biri  yəqinliyə  aparan  elmlər  əldə
etməkdir. Bu istiqamətdə çalışan qəlb güclənir. Bütün qüvvələr
iş  vasitəsi  ilə  gücləndiyi  kimi,  qəlb  də  müsbət  fəaliyyətlər
vasitəsi  ilə  güclənir.  Amma  qəlb  öz  xüsusi  qidasını  qəbul
etməlidir.  Bə’zi  qidalar  orqanizmə  zərərli  olduğu  kimi,  qəlb
üçün  də  arzuolunmaz  qidalar  vardır.  Qəlb  mə’nəvi  qidalar
vasitəsi  ilə  güclənir,  onun  dərki,  elmi,  mə’rifəti  və  yəqinliyi
artır. 
Digər  bir  tərəfdən,  qəlbin  necə  qüvvətləndirilməsi  sualına
vəsiyyətin  növbəti  cümləsi  cavab  ola  bilər:  “və  nəvvirtu

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin