ARXAYıN (“MÜTMƏIN”) QƏLB Yaxşı bilirik ki, hətta ram olmuş at da bə’zən süvarini narahat
edir. Yə’ni cilovu süvarinin əlində olsa da, arabir şıltaqlıq edir.
Demək, onu ram etdikdən sonra da iş qalır. Bu iş atı
sakitləşdirmək, bir növ arxayınlaşdırmaqdan ibarətdir. İnsan da
öz nəfsini ram etdikdən sonra onu sakitləşdirməlidir. Ona görə
də Həzrət (ə) sözünə belə davam edir: “Qəlbini Allah xofu ilə arxayınlaşdır”. Ram olmuş at arabir süvarini narahat etdiyi
kimi, ram olmuş nəfs də insanı narahat edə bilər. Demək, ram
etməkdən əlavə sakitləşdirmək də lazımdır. Qəlbə ölümü
xatırlatmaqla onu cilovlamaq, sonra isə Allah xofu ilə
sakitləşdirmək lazımdır. Yalnız bu işlərdən sonra arxayınlıq
əldə edilir. Qəlbdə Allah xofu nə qədər çox olarsa, o bir o qədər
arxayın, sabit qalar.
Ölüm fikri ilə qəlbini ram et, sonra isə Allah xofu vasitəsi ilə
onu sakitləşdir.