Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə41/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   156
Əbədi öyüd 2022

ƏMR BE MƏ’RUF PEŞƏ DEYIL
Əmr  be  mə’ruf,  yə’ni  müsəlmanın  başqalarını  yaxşı  işlərə
də’vət etməsi təkcə cəmiyyətə yox, fərdin özünə də faydalıdır.
Çünki yaxşılığı təbliğ edən şəxs istər-istəməz özü də yaxşılığa
çalışır.  Amma  bu  o  vaxt  baş  verir  ki,  əmr  be  mə’ruf  ilahi  bir
vəzifə kimi icra olunsun. Təəssüf ki, bə’zən bu dini vəzifə peşə
kimi  başa  düşülür.  Belə  olur  ki,  bir  insana  əcr,  əvəz
müqabilində təbliğ etmək tapşırılır. Allaha yox, əvəzə görə əmr
be  mə’ruf edən  şəxsin  qəlbi  həmin  hissləri  yaşamadığından  o,
gördüyü işdən mə’nəvi fayda götürə bilmir. Digər bir tərəfdən,
əmr be mə’ruf edən şəxs özü günahkardırsa, onun sözlərinin elə
bir tə’siri olmayacaq. Çünki bu şəxs əmr be mə’rufa ilahi vəzifə
kimi  yox,  peşə  kimi  baxır.  Allah-təala  belələrini  məzəmmət
edir:  “Siz  insanlara  yaxşı  işlər  görməyi  əmr  etdiyiniz  halda,
özünüzü  unudursunuz?”  Əmr  be  mə’rufu  şər’i  vəzifə  bilənlər
isə bu yolda hətta canlarından keçməyə hazır olurlar. Onlar öz
vəzifələrini yerinə yetirmək üçün bütün qüvvələrini işə salırlar.


56
Belə bir əmr be mə’ruf həm cəmiyyətə, həm də fərdə xeyirlidir.
Yuxarıda  zikr  olunmuş  ayə,  təbii  ki,  belə  müsəlmanlara  şamil
edilmir.
Digər  bir  nöqtə  budur  ki,  əmr  be  mə’ruf  təkcə  dilə  aid  olan
vəzifə  deyil.  İnsan  bə’zi  şəraitlərdə  sözünü  əmələn  təsdiq
etməli  olur.  Elə  məqamlar  yarana  bilər  ki,  çirkin  bir  işin
qarşısını almaq lazım gələr. Amma nəsihət yolu ilə günahkara
tə’sir  etmək  və  ya  əmələn  günahın  qarşısını  almaq  mümkün
olmadıqda insanın qarşısında bir yol qalır. Həzrət Əli (ə) həmin
yolu  göstərərək  buyurur:  “Pis  iş  görənlərdən  uzaq  olmağa
çalış”.  Əmr  be  mə’ruf  və  nəhy  əz  münkər  gücü  olmayan  şəxs
günah  əhlindən  uzaqlaşmalıdır.  Əks-təqdirdə  onların  mənfi
tə’sirinə  mə’ruz  qalasıdır.  Günahkarla  yaxınlıq  nəticəsində
insanın  günaha  baxışı  dəyişir,  pis  işlər  yaxşı  görünməyə
başlayır. Ona görə də belə bir yaxınlıq qadağan olunur. 


57

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin