Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə43/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   156
Əbədi öyüd 2022

İCTIMAI VƏZIFƏLƏRIN YERI
Hər  şeydən  qabaq  bu  nöqtəyə  diqqət  yetirmək  zəruridir  ki,
ictimai vəzifə cəmiyyət və fərdə fərdi vəzifədən daha tə’sirlidir.
İstər  fərd,  istərsə  də  cəmiyyət  ictimai  vəzifələrin  yerinə
yetirilməsindən  faydalanır.  Hər  bir  şəxs  cəmiyyət  üçün  yerinə
yetirdiyi  vəzifədən  ilkin  olaraq  özü  bəhrələnir.  İctimai
vəzifənin savabı həmin şəxsə çatır. İctimai vəzifə tərk olunarsa,
hamıdan qabaq onu tərk edən şəxs zərər görür. İctimai vəzifəni
tərk edən şəxs  həmin  vəzifənin  müsbət  tə’sirindən  məhrum
olmaqla yanaşı, onu tərk etdiyi üçün cəzalanır. 
Maraqlıdır  ki,  bə’zən  bir  ictimai  vəzifə  o  qədər  əhəmiyyətli
olur  ki,  onu  yüz  ibadətlə  əvəz  etmək  olmur.  Fərdi  ibadətin
savabı  ictimai  vəzifəni  təkr  etməyin  cəzası  ilə  bərabər  deyil.
Çünki  bə’zi  ictimai  vəzifələr,  o  cümlədən,  əmr  be  mə’rufun
bə’zi  mərtəbələri  və  Allah  yolunda  cihad  o  qədər
əhəmiyyətlidir  ki,  onların  tərk  olunmasının  zərəri  hər  hansı
müstəhəb  ibadətin  faydası  ilə  müqayisə  oluna  bilməz.  İnsanın
cəmiyyət qarşısındakı vəzifəsi onun özü üçün fərdi bir vəzifədir
və  bu  vəzifənin  nəticəsi  hamıdan  qabaq  onun  özü  üçün
mühümdür. 
Ona görə də fərdi vəzifə kimi ictimai vəzifəyə də əhəmiyyət
verilməlidir.  İctimai  vəzifələr  sırasında  əmr  be  mə’ruf  birinci
yerdə  dayanır.  Bu  vəzifənin  heç  vaxt  öhdədən  götürülməməsi
bir  daha  onun  əhəmiyyətini  göstərir.  Bu  vəzifə  bə’zən


59
küskünlük, bə’zən moizə, bə’zən başqa yollarla yerinə yetirilir.
Bə’zən  isə  bu  yolda  fiziki  qüvvə  işlədilməli,  hətta  insan
canından  keçməlidir.  Əmr  be  mə’rufun  ictimai  mübarizə
mərtəbəsi  də  vardır.  Seyyidüşşühəda  imam  Hüseyn  (ə)  öz
qiyamının  məqsədini  belə  açıqlayır:  “Həqiqətən,  cəddimin
ümmətinin islahı üçün qiyam etdim, istəyim əmr be mə’ruf və
nəhy əz münkərdir.” Bəli, Həzrət (ə) öz qiyamının əsas səbəbi
kimi əmr be mə’ruf və nəhy əz münkəri göstərir. Bu vəzifənin
özünəməxsus şəraitə malik mərtəbələri vardır. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin