ƏMƏLDƏ IFRAT
Fərdi və ictimai vəzifələrə diqqətli olmaq tapşırığı
bə’zilərinin əməldə ifrata varması üçün bəhanə olur. Daim işə
can atıb, təfəkkürə vaxt ayırmamaq imanlı və ağıllı insana
yaraşmaz. İşə başlamazdan qabaq vəzifəni tanımaq, şəraitlə
tanış olmaq lazımdır. Süstlük məzəmmət olunduğu kimi,
düşüncəsiz hərəkət də bəyənilmir. Həzrət (ə) buyurur: “Haqqa
71
doğru hərəkətin çətin vaxtı harada olsa meydana gir...” Yə’ni
həqiqətləri tanımaq üçün çətinliklər dəryasına baş vurub,
düşüncə və əməl meydanında həqiqətə nail olmaq lazımdır.
İmam Sadiq (ə) təhsil haqqında buyurmuşdur: “Elmə çatmaq
üçün dərin dəryalara baş vurmaq lazımdır. Bu yolda candan
keçməyə də dəyər.”
Bəli, insan həm həqiqəti tanımaq, həm də ona çatmaq üçün
çalışmalıdır. Hər iki sahədə süstlükdən çəkinmək lazımdır.
Süstlük məqsədə çatmaq yolunda ciddi maneədir. Məbada,
zahidlik və təqva adı altında insan cəmiyyətdən kənarlaşıb,
özünə qapıla. Süstlük insanın təqvasını onun əlindən almaqla
yanaşı, özünü də azğınlığa düçar edir. Gəlin, özümüzü
aldatmayaq. Allah daha yaxşı bilir ki, bizi guşənişin edən səbəb
təqva, yoxsa süstlükdür. Süstlüklə mübarizə etmək istəyən şəxs
çətinliklərlə
didişməli,
özündə
fədakarlıq
hissini
gücləndirməlidir. Rahatlığa vərdiş vermiş adam üçün belə bir
mübarizə çox çətindir. Belə insanlar kiçik çətinliklər qarşısında
müqavimət göstərə bilmirlər. Onlar çətinlikdən yaxa qurtarmaq
üçün vacib vəzifəni tərk edirlər. Məsələn, daim valideyn
himayəsində rahat yaşamış övlad evdən uzaq düşən kimi
təhsilini yarımçıq qoyub, evə qayıtmağa çalışır. O, ana qayğısı
olmayan tələbə həyatının çətinlikləri qarşısında təslim olur.
Zəif insan kiçik iqtisadi problemlə üzləşən kimi borc alır. Belə
vaxtlarda zəif, naqis otaq yoldaşı, dost işi bir az da çətinləşdirir.
Nəhayət, oxumaq üçün evdən ayrılmış gənc öz şər’i vəzifəsini
tərk edib, rahat şəraitə üz tutur.
Fərdi çətinliyə misal çəkdik. Bə’zən insan vacib vəzifəsini
icra etmək üçün ictimai maneələrlə mübarizə aparmalı olur.
Allah və Onun rəsulunun (ə) istəyincə məntiqi bir həyat
yaşamaq istəyən insan ciddi maneələri adlamalı, mövcud
çətinliklərə dözməlidir. Şübhəsiz ki, rahatlığa vərdiş vermiş
şəxs belə hallarda meydandan qaçır. Ona elə gəlir ki, bir belə
məşəqqətlərə dözməkdənsə, əkin-biçinlə məşğul olub, yavan
çörək yemək yaxşıdır. Düşünürlər ki, pul qazanıb, fəqiri
72
doyurmaqla da behiştə getmək olar. Hansı ki, insan dözdüyü
çətinliklər müqabilində mükafatlandırılır. Behişt əhli arasında
da məqamlar var. Axirət aləmində peşimanlıq çəkmək
istəməyən şəxs Allahın layiqli bəndəsi olmaq üçün vəzifədən
doğan çətinliklərə qatlaşmalı, bu problemləri can-dildən qəbul
etməlidir.
Dostları ilə paylaş: |