SƏBRIN NÖVLƏRI
Həzrət Peyğəmbər (s) buyurur: “Səbr üç qismdir: Müsibətə
səbr, ibadətə səbr, günaha batmamaqda səbr.” İnsan bə’zən
kasıblıq, xəstəlik, ayrılıq kimi müxtəlif çətinliklərlə qarşılaşır.
Belə məqamlarda səbr etmək zəruridir. Belə bir səbr “müsibətə
səbr” adlanır. Bə’zən isə şəhvət, qəzəb, tamah insanı düz
yoldan azdırır. Belə məqamlarda səbr etməyi bacaran insan
günahdan qoruna bilir. Bu növ səbr “günaha batmamaqda səbr”
adlanır.
Digər bir səbr isə “ibadətə səbrdir”. Allaha itaət bə’zən çətin
olur. Məsələn, vəzifə olaraq elm öyrənmək asan iş deyil. Alim
olmaq isə daha da çətindir. Amma sadəcə elm ilə yüklənmək
bir o qədər də çətin deyil. Çətin olan işin ilahi niyyətlə
görülməsidir. Məsəl var ki, alim olmaq asandır, insan olmaq
çətin. Mərhum hacı Şeyx Əbdülkərim (r) bu məsələ belə bir
düzəliş vermişdir: “Alim olmaq çətindir, insan olmaq
qeyri-mümkün”. Bəli, ilahi niyyətlə elm öyrənmək asan deyil.
Bu yolda saysız çətinliklər, dolambaclar var. Allahın razılığını
qazanmaq istəyən adam çətinliklərə təslim olmur, məqsədinə
çatmaq üçün bütün maneələri dəf edir.
Həzrət Peyğəmbər (s) buyurur: “Səbr imanın yarısıdır.” İmam
Sadiq (ə) buyurur: “Səbr imanın başıdır.” Bu sözlərdə heç bir
mübaliğə yoxdur. Allahın razılığını qazanmaq, Əlinin (ə) şiəsi
olmaq istəyən kəs çətinliklərə adət etməlidir. Unutmamalıyıq
ki, səbr xasiyyət olaraq bir anda yaranmır. Çətinliklərə adət
etmək üçün insan kənara çəkilməməli, qovğalar meydanında
olmalıdır. Nəfsə hakim olmaq üçün ləzzətli təamlardan
çəkinmək o vaxt faydalıdır ki, insan həmin təamlarla
bəzədilmiş süfrə arxasında oturmuşdur. Belə bir süfrə
arxasında oturan insan özünü tərbiyə edə bilər.
İnsan günahdan qorunmaq üçün günah sərhəddinə
yaxınlaşmamağa çalışmalıdır. Sərhəd kənarında dayanmış insan
kiçik bir hərəkətlə günah uçurumuna yuvarlana bilər. Demək,
74
doğru yoldan sapmamaq üçün haram sərhəddinə yaxın bə’zi
halallardan da çəkinmək lazım gəlir. “Quyuya düşməmək üçün
quyudan bir qədər aralı dayanın.”
Beləcə, haram eşitməmək üçün şübhəli sözlərə də qulaq
asmayın. Unutmayın ki, quyuya yaxın dayandıqca ona
yumbalanmaq ehtimalı çoxalır. Harama yol verməmək üçün
daha e’tibarlı hədlər qoyun, haramla məsafə saxlayın. Kimi
ramazan ayında şam azanını eşidən kimi orucunu açır, kimi isə
bir qədər səbr edir “Səbr imanın yarısıdır.”
|