Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə58/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   156
Əbədi öyüd 2022

TƏHLÜKƏNIN NÖVLƏRI
İnsan  öz  həyatında  bir  çox  düşmənlərlə  üz-üzə  gəlir.  Bə’zi
təhlükələr    onun  həyatını,  var-dövlətini  hədələyir.  Bə’zən
şəxsiyyət,  bə’zən  isə  ruh  və  qəlb  düşmənə  hədəf  olur.  Həm
nəfs,  həm  də  insan  və  cindən  olan  şeytanlar  hücuma  keçir.
Məqsəd  əqidəni  puça  çıxaracaq  şübhələr  yaratmaq,  əxlaqı
korlamaqdır.  İnsan  əbədi  axirət  səadətini  məhv  edəsi  rəftara
sövq  olunur.  Təhlükə  dərəcəsi  insanın  mə’rifətindən  asılıdır.
Mö’min  şəxs  üçün  mə’nəvi  təhlükələr  daha  qorxuludur.
Mö’min insan günaha batmaqdan daha çox qorxur. O, dərk edir
ki,  günahın  vurduğu  ziyanı  aradan  qaldırmaq  çətin  olur.
İstənilən maddi zərər ödənə bilər. Eyni zamanda  dünyəvi zərər
əbədi  axirət  səadətinə  çatmaq  üçün  də  ola  bilər.  Maddi
çətinliklər  çox  vaxt  düşüncəyə,  mə’nəvi  tərəqqiyə  yardımçı
olur.  Ona  görə  də  dünyəvi  çətinlik  mö’mini  bir  o  qədər  də
narahat etmir. Maddi zərər mə’nəvi zərərlə müqayisədə olduqca


77
əhəmiyyətsizdir.  Amma  insanların  iman  dərəcəsi  fərqli
olduğundan  çoxları  dünyəvi  zərərdən  daha  çox  qorxur.
Məsələn,  çoxlarını  ağır  xəstəlik  günahdan  daha  çox  narahat
edir.  Bu  münasibət  mə’rifət  və  imanın  zəifliyindən  yaranır.
Amma iman nə qədər zəif olsa da, insan heç vəchlə onu itirmək
istəmir. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin