SAF QƏLB MƏ’RIFƏT AYNASıDıR İnsan qəlbi daim nəfs istəklərinin hədəfindədir. İnsan bu
hücumlardan qorunmaq, qəlbini saf saxlamaq üçün daim
çalışmalıdır. Faydasız və zərərli düşüncələr zehnə daxil olub
yuva qurmamış, insan moizələrlə zehnini və qəlbini islah
etməlidir. Fürsəti qənimət sayan, qəlb daşlaşmamış onu islah
edən, zehnini qoruyan insan öz tərbiyəsində müvəffəq olası və
məqsədinə vaxtında çatasıdır. Çünki hələ ki zehn və qəlbdə
təkamülə mane olası bulaşıqlıq yoxdur. Qəbuletmə
xüsusiyyətini itirməmiş insan başqalarının qiymətli həyat
təcrübəsindən istifadə edə bilər. Axı bu təcrübələri qazanmaq
üçün insanlar bir ömür əziyyət çəkmiş, yaxşını pisdən
fərqləndirmişlər. Həzrət (ə) buyurur: “Tam ciddiyyət və qəti
iradə ilə əvvəlkilərin çiyinə aldıqları təhsil əziyyəti və sınaq
ağrısını qəbul et, bu yolla həmin əziyyət və ağrıdan azad
olarsan.” Həzrət (ə) buyurduğu nəsihətlər bir ömür zəhmətin
məhsuludur. Uyğun vəsiyyətlər altmış illik bir ömürün
bəhrəsidir. Altmış ildə qazanılmış təcrübə birdəfəyə, əziyyət
çəkmədən də əldə oluna bilər. Bundan ötrü başqalarının
təcrübəsindən istifadə etmək lazım gəlir. İlahi mə’rifətə
yiyələnmək istəyən insan öz qəlbini və zehnini pak saxlamalı,
şeytani vəsvəsələrdən qorunmalıdır.