tərəddüdləri tərk et. Elə ki, əmin oldun qəlbin paklanmış və işıqlanmışdır, qəbul etməyə hazırdır, onda yekdillik ərsəyə gəlmişdir, onda sənə bəyan etdiklərimə yaxşı-yaxşı nəzər sal. Xoşladığın fikir rahatlığı əldə olunamadıqda, bil ki, atdığın addımlar kor-koranə olasıdır, qaranlığa qədəm qoymusan. Hansı ki, din istəyən (tələbə) heç vaxt bilmədən addım atmır və heç nəyi bir-birinə qarışdırmır. Bu vəziyyətdə yubanıb dayanmaq daha yaxşı, daha münasibdir. Bu mövzuda ilk və son sözüm budur ki, öz Allahım, ilkin və son ataların Allahı, göylərdə və yerdə olanların Allahına layiq olduğu tərzdə, necə lazımdırsa, necə rəvadırsa, təşəkkür deyirəm. Onun istədiyi, layiq olan şəkildə ondan istəyirəm ki, bizim peyğəmbərimiz həzrət Məhəmməd (s) və bütün peyğəmbərlərə bütün məxluqatın göndərdiyi salamı