A) ABAD DÜNYADAN VIRAN DÜNYAYA KEÇID Dünyanın
ötəriliyinə
münasibətdə
xalqın
əqidəsini
aydınlaşdırmaq üçün əvvəlki misalı xatırlasaq yaxşı olar.
Diqqət etsək, görərik ki, təyyarə sərnişinləri iki növ olur.
Onlardan bir qismi bu səfərin yoxluqla nəticələnəcəyini
düşünərək səfər boyu yeyib-içməklə, daha çox ləzzət almağa
çalışırlar. Dünya sakinlərinin də bir hissəsi belədir. Onlar
dünyanın ötəriliyini və hər şeyin puçluqla sona çatacağını
fikirləşərək dünya ne’mətləri ardınca qaçır, ömürü fürsət
bilərək daha çox ləzzət almaq istəyirlər. Onlar hərislik göstərir,
dünya işlərində hamını ötüb-keçməyə çalışırlar. Şübhəsiz ki, bu
sayaq düşüncə tərzinin sonu fənadır. Çünki bu qrupdan olan
insan dünyanın sonunu yoxluq kimi qəbul edir. Guya dünya
üç-beş gündən ibarətdir və onu qənimət bilərək xoş güzəran
keçirmək lazımdır. Aqibətini yoxluq zənn edən insan tez-gec
həmin nöqtəyə çatasıdır.