B) DÜNYADAN ƏBƏDİ AXİRƏTƏ KEÇİD Bir qrup sərnişinlər isə öz səfərlərinin uğurla başa çatacağını
və son nöqtə olmayacağına inanırlar. Dünya sakinlərinin də bir
hissəsi dünyanın sonunu yoxluq yox, əbədi bir həyata keçid
kimi qəbul edirlər. Onlar dünya həyatını təsadüfi yox, məqsədli
bildikləri üçün bütün işlərini həmin məqsədə çatmaq
istiqamətində nizamlayırlar. Onlar səbr və dözümlə proqramlı
həyat yaşayır, dünya ne’mətlərinə münasibətdə hərislik
göstərmirlər. Onlar üçün ən mühümü doğru həyat yolunu
seçməkdir. Dünya həyatın son olmadığına inananlar daim öz
vəzifələri haqqında düşünür, hətta birinci qrupdan olanları
yanlış düşüncə tərzinə görə məzəmmət edirlər. Onlar “dünya
beş günlükdür, fürsəti qənimət bilmək lazımdır” cavabını
alırlar. Əlbəttə ki, belə bir cavab onları qane etmir, daim öz
yaranış məqsədləri haqqında düşünür, həmin məqsədə doğru
113
hərəkət edirlər. Onlar saatları, dəqiqələri sayaraq, məqsədə
çatacaqları, dostlara qovuşacaqları anı gözləyirlər. Ali bir
məqsəd, ali bir görüş haqqında düşünən sərnişin, sözsüz ki,
acgözlüklə yeyib-içməyə girişmir.