Усулиддиндян дярсляр


Yalanın rəva görülən halları



Yüklə 8,08 Mb.
səhifə10/33
tarix21.10.2017
ölçüsü8,08 Mb.
#8818
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

Yalanın rəva görülən halları


Deyildiyi kimi, yalan təbii olaraq çirkin və qəbih əməllərdən olub, ona adət etmək isə əxlaqi rəzilətlərdən və böyük günahlardandır. Zəruri hallar339 olmayınca yalan danışmaq rəva (caiz) deyildir.

Aşağıdakı hallarda yalan danışmağa icazə verilir:


1.Zəruri hal və çarəsizlik zamanı

Bu halda heç bir şübhə yeri yoxdur, çünki İslamın əsas istinad mənbəyi olan kitab, sünnə, əql və icma da ona dəlalət edir. İnsanın ağlı hökm edir ki, ən az zərərli işi seçsin. “Qurani-Kərim”də təqiyyəyə zəruri hallarda icazə verilmişdir. Aydındır ki, təqiyyə yalanın növlərindən biri olub, həqiqətin əksinədir. İnsan zəruri hallarda öz əqidəsini gizləyib imanının əksinə olaraq şəhadət verə bilər. «Quran»da bu barədə buyurulur:

..... Qəlbi imanla sabit olduğu halda, (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla.....” («Nəhl»-106).

Peyğəmbər(s)-dən belə nəql olunur: “Allah-təala bütün işlərdə bəndə çarəsiz qalarsa, halallıq yolu qoymuşdur.” (Şeyx Ənsari «Məkasibi-mühərrəmə»).

Elə bu məzmunda İmam Sadiq(ə)-dən də belə nəql olunur: “Əgər insan çarəsiz qalıb təqiyyə edərək yalandan and içərsə, heç bir eybi yoxdur.” Sonra yenə buyurur: “Hər bir haram zəruri hallarda halal olur.”340

Zərəri dəf etmək fəslində bunun (mal, can, namus) qarşısını almaq üçün insanın yalandan and içməsinə icazə verən çoxlu məşhur hədislər vardır. Əlbəttə, mal-dövlət cəhətdən zərər dedikdə elə zərərlər nəzərdə tutulur ki, ona dözmək çətin və ən azı əhəmiyyətli olsun. Lakin qiymətsiz və əhəmiyyətsiz zərərlər bir zəruri hal kimi yalanın halal olmasına icazə verə bilməz.

Qısası budur ki, yalanın zəruri hallarda halal olması barədə fiqh və əxlaq alimləri arasında heç bir ixtilaf yoxdur. Burada bir sual hər iki sahədə mübahisə yaradan səbəb kimi meydana çıxır: belə hallarda yalana heç bir qeydsiz-şərtsiz icazə verilmişdir, yoxsa tövriyə (həqiqəti yalan söyləmədən gizlətmək) etmək mümkün olmadığı zaman yalan danışmaq olar? Əksəriyyətin qəbul etdiyi budur ki, yalanın icazəsi tövriyənin mümkün olmamasına bağlıdır. Demək, tövriyə etmək olarsa, yalan danışmaq caiz deyildir. Çünki bu fərziyyə ilə yalan danışmaq üçün heç bir zəruri hal olmayıb həqiqətdə bu əməlin yerinə yetirilməsinə izn verilmir.

Şeyx Ənsari(r.ə.) yazır: “Əksəriyyətin nəzərinin əqli cəhətdən məqbul olmasına baxmayaraq, istisna hallar barədə söylənilmiş bütün hədislərdə bu şərtə dair işarə olunmadığı üçün onun vacibliyini sübuta yetirən heç bir dəlil nəzərə çarpmır. Çünki zəruri halların əksəriyyətində tövriyə etmək imkanı olmasına diqqət yetirməklə əgər belə bir şərt lazım olsaydı, heç olmazsa, azı bir yerdə ona işarə olunardı.341 Buna əsasən mümkündür ki, müqəddəs şəriət işi insanlar üçün asanlaşdırmaq xatirinə yolu açıq qoyub, belə məsələlərdə tövriyə etməyi lazım bilməmişdir.” Sonra mərhum Şeyx ehtiyatı əldən buraxmayıb ümumi qaydalara riayət edərək buyurur: “Hər halda ehtiyatı əldən buraxmayıb tövriyədən istifadə etməklə imkan daxilində yalandan çəkinmək lazımdır. Çünki bu, xəbərin ümumi və mütləq olduğunu bildirir. Onun əksinə, tutarlı bir dəlil olmayınca o, hər şeydən irəlidir.”342



2.İnsanlar arasında sülh yaratmaq343

Müstəsna hallardan biri də insanlar arasında sülh yaratmaqdır, yəni insan kin-küdurəti aradan qaldırmaq və mehribanlıq yaratmaq üçün yalan danışıb bu yolla xalq arasında dostluq yaradarsa, yalan danışmaq haram sayılmaz. Məsələn, iki nəfər və ya iki dəstə arasında ədavət düşəndə onlardan birinin yanına gedib o birinin dilindən tərifləndiyini, özünün isə bu ədavətdən peşman olduğunu və barışmaq istədiyini deyib, sonra qarşı tərəfin yanına gedərək, bu birinə dediyini eynilə təkrarlayarsa, belə bir yalan haram olmamaqdan əlavə hətta bəyənilmiş, Peyğəmbər(s) və məsum İmamlar(ə) tərəfindən təkid edilmişdir. İndi isə diqqətinizi bir neçə hədisə cəlb edirik.

Peyğəmbər(s) həzrəti-Əli(ə)-yə etdiyi vəsiyətdə belə buyurur: “Ey Əli! Allahın sülh yaradan yalandan xoşu gəlir. Fitnə-fəsad salan doğru sözdən isə narazıdır.”344

Müaviyə ibn Əmmar İmam Sadiq(ə)-dən belə nəql edir: “Hər kim sülh yaratmaq üçün yalan danışarsa, yalançı deyildir”

Bu hədisdən bizə belə aydın olur ki, xeyirxah insanın (camaatın arasında mehribanlıq yaradan, ədavəti, kin-küdurəti yatıran) təkrar-təkrar yalan danışmasına görə ona kəzzab (həmişə yalan danışan, yalan danışmağa adət etmiş) demək olmaz. Başqa bir hədisdə İsa ibn Həssan İmam Sadiq(ə)-dən belə nəql edir: “Hər bir yalan danışığa görə sahibi gün gələr ki, onun üçün cavab verməli olar. Yalnız üç nəfərdən başqa ...... Onlardan biri də iki nəfər arasında sülh yaratmaq istəyən şəxsdir. Həmin şəxs onun yanında bir şey, digərinin yanında isə bir başqa şey deyir ki, onları barışdırsın.”345 (Necə deyərlər, xeyirli yalan zərərli doğrudan yaxşıdır.346)

Burada mənafe dedikdə şəxsi mənafelər və xüsusi qərəzlər yox, möminlər arasında sülh və mehribanlıq nəzərdə tutulur. Əvvəldə qeyd edildiyi kimi, xalq arasında mehribanlıq yaratmaq o qədər əhəmiyyətlidir ki, İmam Sadiq(ə) bu işə görə öz malından ayıraraq səhabələrindən birinə verir. Bununla da həmin şəxs iki mömin arasında kin-küdurət və ixtilaf yarananda o malın vasitəsilə onlar arasında mehribanlıq yaradıb düşmənçiliyi yatırır.


3.Döyüşdə hiylə

Şübhə yoxdur ki, müharibə dini və ictimai zəruri hallardan olub müxtəlif səbəblərə görə (siyasi, ictimai, əqidəvi) millətlər və ölkələr arasında baş verir. Adətən, bu kimi həmlə və fəlakətlərdən özünü qurtarmaq, tezliklə düşmənə qalib gəlmək üçün elə vasitələrə əl atılır ki, adi hallarda bunlara icazə verilmir. İnsanların öldürülməsi və əsir alınması, zəiflətmək məqsədilə düşmənin hərbi texnikasının məhv edilməsi və qarət olunması, hərbi qüvvələrin möhkəmləndirilməsi, yaşayış binalarının və iqtisadi mərkəzlərin dağıdılması, dinc əhalinin öldürülməsi kimi hallar qələbə çalmaq və düşmənin məğlub edilməsi üçün bir vasitədir. Şübhəsiz, əgər müharibə müdafiə xarakteri daşıyırsa, bu kimi vasitələrdən istifadə etməyin şəri və əqli cəhətdən heç bir eybi yoxdur. Bu arada ən mühüm amillərdən olan düşməni aldadaraq hiyləyə əl atmaq ən yaxşı vasitələrdəndir. Çünki əgər hiylə ilə düşməni aldadıb güclü bir həmlə ilə hücuma keçə bilsək, azca təlafat verməklə düşmənə qalib gələ bilərik. Bu müqəddiməyə diqqət yetirməklə hiylə və yalana qarşı düşmən olan müqəddəs İslam dininin niyə görə müharibədə belə vasitələrdən istifadə edilməsinə icazə verməsini başa düşərik.

Peyğəmbər(s) həzrəti-Əli(ə)-yə etdiyi vəsiyyətlərdən birində belə buyurur: “Ey Əli! Üç halda yalan danışmaq olar: döyüşdə hiylə işlədərkən, kişi öz həyat yoldaşına vədə verərkən və camaat arasında mehribançılıq yaradarkən.”347

İmam Sadiq(ə) buyurmuşdur:

“Hər bir yalana görə insan bir gün cavab verməli olacaq. Yalnız üç yerdən başqa: döyüşdə düşmənə hiylə gələrkən və ..........”348

Bu hədislərdən belə başa düşülür ki, yalan danışmaqdan üç yerdə istifadə etmək olar. Onlardan biri də müharibədir.




4.Ailə üzvlərinə və həyat yoldaşına vədə vermək

Müqəddəs dinimizdə qadın və övladın məişət xərci ailə başçısı kimi kişinin boynuna düşür (qadının xərci tamamilə, övladın isə ataya ehtiyacı olduğu surətdə). Əlbəttə, vacib xərclik imkan daxilində, iqtisadi və normal həddə qədərdir. Lakin çox vaxt ailənin tamah və istəyi kişinin imkanından artıq olub normal dolanışıq həddini aşır. Belə bir vəziyyətdə kişi iki yol ayrıcında qalır: ya gərək ailə üzvlərilə pis davranıb istədiklərini açıq-aşkar rədd etsin, ya da ki ümid bəxş edən bir rəftarla və qeyri-ciddi vədlərlə onları razılaşdırsın. Bu zaman mənfi, acıqlı cavab vermək ailə üzvlərinin inciməsi və qəlblərinin sınması ilə nəticələndiyindən ailədə ikiüzlülük və inamsızlığa səbəb olmasına baxmayaraq, ikinci qaydaya icazə verilmişdir. Lakin bunu da qeyd etmək lazımdır ki, insan qarşısında bundan başqa bir çıxış yolu qalmadığından və bunun az zərərli olması nəzərindən belə bir vasitəyə icazə verilmişdir. Qeyd etməliyik ki, bu üç mövzunun (müharibə, sülh və həyat yoldaşına vədə vermək) hədislərdə bir yerdə gəlməsi yalan vədəyə heç bir qeyd-şərtsiz icazə verilməməsini göstərir. Çünki yalan digər iki halda (müharibə və sülh) mühüm bir mənafeyi qorumağa görədir, belə ki (o iki yerdə) lazım olarkən istifadə edilməzsə, sonu pisliklə nəticələnə bilər, çünki döyüşdə əsasən qalibiyyət və məğlubiyyət məsələsi müzakirə olunur. Bunun da üstündən asanlıqla keçmək mümkün deyildir. Möminlər arasında sülh, mehribanlıq yaratmaq da eynən bunun kimi mühüm ictimai-əxlaqi məsələlərdən olub İslamda çox böyük əhəmiyyətə malikdir. İslam dini iman qardaşları arasında ədavətin üç gündən artıq olmasına icazə verməmiş, öz aralarında mehribanlıq və sülh yaratmağı onların öhdəsinə qoymuşdur. Bu qaydaya əsasən ailədə də ən əhəmiyyətli məsələ ön plana çəkilir. Maddi imkanlar da daxil olmaqla hər cüzi məsələyə görə ailədə yalan danışmaq olmaz. Ailə başçısı əgər hər gün əsassız bəhanələrlə öz ailəsinə yalan deyərsə, tərbiyəvi cəhətdən pis təsir göstərməkdən əlavə, ailə üzvləri arasında da öz etibarını itirir. Beləliklə, ailə başçısı hörmətini itirərək, nəticədə, ailənin əsasını məhv etmiş olur.


Sözgəzdirən

İnsanı Allah yolundan uzaqlaşdıran və əxlaqi rəzilətlərdən sayılan dil bəlalarından biri də söz gəzdirməkdir. «Qurani-Məcid»də sözgəzdirənlər tənqid edilərək buyurulur:

(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!” («Huməzə»-1).

Qeybət edənə, sözgəzdirənə.” («Qələm»-11).

Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya” («Qələm»- 13).

«Quran»da sözgəzdirən “zənim” kimi, yəni əsli-nəsəbi bilinməyən, haramzada kimi adlandırılır. Bu isə günahın böyüklüyünə dəlalət edir. Rağib İsfəhani yazır:

“Zənim hər hansı bir tayfaya mənsub edilmiş, lakin əslində onlardan hesab olunmayan şəxsdir. Bu sözün kökü “zənmə” sözündən olub, lazımsız, qulağından asılmış, qoyun hülqumu mənasındadır. Elə bil, sözgəzdirən şəxs öz tayfasında artıq adam və kobud bir yamaq kimi heç bir dəlili olmadan onlara mənsub edilmiş və əslində isə doğru-düzgün bir əsil-nəsəbə aid edilməmişdir.”349

Feyz Kaşani də həmçinin “Məhəccətül-beyza” kitabında Abdulla ibn Mübarəkdən belə nəql edir: “Zənim o şəxsə deyilir ki, zinadan (qeyri-qanuni cinsi əlaqə) əmələ gəlib, dilinə hər nə gəldi hər yerdə danışır». Müəllif bu mənanı mübarək:”Daşürəkliyə, (anlamaz və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya” - ayəsinə istinad edərək söyləmişdir.”

Qısaca desək, hər kimin mayası şəriət yolu ilə bağlanarsa, belə bir böyük günaha aludə olmaz.


Yüklə 8,08 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin