Усулиддиндян дярсляр


«Quran» baxımından sözgəzdirənin aqibəti



Yüklə 8,08 Mb.
səhifə11/33
tarix21.10.2017
ölçüsü8,08 Mb.
#8818
1   ...   7   8   9   10   11   12   13   14   ...   33
«Quran» baxımından sözgəzdirənin aqibəti

«Qurani-Məcid»də söz gəzdirməklə camaat arasında kin-küdurət və ədavət alovunu şölələndirən şəxslərə xəbərdarlıq edilib cəhənnəm əzabı ilə qorxudulur. Orada Əbu Ləhəbin Ümmü Cəmil350 adlı zövcələrindən biri barədə buyurulur:

"Onun odun daşıyan övrəti də həmçinin (cəhənnəmlikdir)" («Təbbət»-4).

Fəxr Razi Əbu Ləhəbin zövcəsinə niyə görə "həmmalət-əl-hətəb" (odun daşıyan) deyildiyinin səbəbini dörd məsələ ilə izah etmişdir. Onlardan yalnız ikisini burada qeyd edirik:



  1. Ümmü Cəmil Peyğəmbər(s) ilə etdiyi düşmənçiliyə görə axşamlar onun yolu üstünə kol-kos, tikan töküb bu vasitə ilə də ona əziyyət edərdi.

  2. Başqa bir səbəb də budur ki, Ümmü Cəmilin işi-peşəsi söz gəzdirmək olduğundan adını "həmmalət-əl-hətəb" ("odun daşıyan") qoymuşdular.351

Hər halda Əbu Ləhəb özü araqızışdıran olduğundan övrəti də sözgəzdirən olub bu sahədə çox çalışırdı. Bacardıqca Peyğəmbər(s) və səhabələrindən söz yığıb müşrik və bütpərəstlərə xəbər çatdırırdı. Buna görə də Allah-təala onu belə adlandırıb cəhənnəm əzabına layiq bilmişdir. Ümumiyyətlə, sözgəzdirənin aqibəti cəhənnəm əzabı ilə sona yetər.

Hədislər baxımından sözgəzdirən

Sözgəzdirən islam hədislərində də tənqid olunmuş və cəhənnəm əzabına layiq görülmüşdür. Onlardan bir neçəsini nəzərinizə çatdırırıq:

*Sözgəzdirən ən pis adamdır

Peyğəmbər(s) buyurdu:

-Aranızda kimin ən pis adam olduğunu sizə deyimmi?

Ərz etdilər:

-Bəli, ya Rəsulullah.

Buyurdu:

-Adamların ən pisi o şəxslərdir ki, söz gəzdirib dostlarının arasını vurur, saleh və namuslu adamlara eyib tuturlar.352

Həzrəti-Əli(ə) buyurur: "Sizin aranızda ən pis adam odur ki, söz gəzdirib dostların arasını vuraraq namuslu adamlara eyib tutur."353

Bir başqa hədisdə Peyğəmbər(s)-dən belə nəql olunur: "... Allah dərgahında ən pis şəxs odur ki, insanlar arasında söz gəzdirərək cəmiyyətdə mütəşəkkilliyi pozur. Belə şəxslərin işi-peşəsi xalq arasında təfriqə salıb saleh və namuslu adamlara eyib tutmaqdır."354

*Sözgəzdirən və qəbir əzabı

Həzrəti-Əli(ə) buyurur:

"Qəbir əzabı söz gəzdirmək, yalan və qeybət üçündür."355

"Qəbir əzabı sözgəzdirən üçündür."356

*Sözgəzdirən behiştə daxil olmayacaq

Əksər rəvayətlərdə bu məsələ açıq-aydın deyilmişdir. Məsələn, sözgəzdirən, camaatın birliyini parçalayan, müsəlmanlar arasında təfriqə salıb ixtilafa səbəb olanlar behişt əhli deyillər. Peyğəmbər(s) buyurmuşdur:

"Sözgəzdirən behiştə daxil olmayacaq"357

İmam Baqir(ə) buyurmuşdur:

"Behişt qeybət qılan və sözgəzdirənlərə haramdır."358

Başqa bir hədisdə də söyləmişdir:

"Behişt "qəttat" adamlara, yəni camaat arasında təfriqə salanlara haramdır."359

İmam Sadiq(ə) buyurdu:

"Dörd nəfər behiştə daxil olmaqdan məhrumdur: kahin, münafiq, daimül-xəmr (şərab içməyə adət etmiş) və sözgəzdirən."360

Peyğəmbər(s) buyurmuşdur:

"Allah-təala buyurur ki, behişti haram etdiyim adamlardan biri də sözgəzdirəndir."361

Mərhum Şəhid Sani Peyğəmbər(s)-dən belə nəql edir: “Allah-təala behişti yaratdıqdan sonra buyurdu: “Danış!” Behişt belə dedi: “Hər kim mənə daxil olarsa, xoşbəxtdir.” Sonra Allah-təala buyurdu: “İzzzət və cəlalıma and olsun! Səndə səkkiz nəfər sakin olmayacaqdır. Onlardan biri də sözgəzdirəndir."362

*Sözgəzdirən məhşərdə

Qeyd edəcəyimiz hədisin bir hissəsi bəhsimizə aid olmasa da, öz əhəmiyyətinə görə onu bütövlüklə nəzərinizdən keçiririk:

Bürra ibn Azibdən nəql olunmuşdur ki, Məaz ibn Cəbəl Əbu Əyyub Ənsarinin evində Peyğəmbər(s)-in yanında oturmuşdu. Məaz ərz etdi:

-Ya Rəsulullah! Sizin bu ayə barədə ("Sur çalınacağı gün dəstə-dəstə gələcəksiniz." («Nəbə»-18)) nəzəriniz nədir?

Buyurdu:

-Ey Məaz! Böyük bir mətləb soruşdun.

Sonra Allahın Rəsulu(s) gözlərindən yaş axa-axa buyurdu:

-Mənim ümmətimdən on nəfər dağınıq halda məhşərə çəkilərlər. Allah-təala onları müsəlmanlardan ayırıb sifətlərini çirkin bir hala salar. Onlardan bəzisi meymun şəklində, bəzisi kəllə-mayallaq, bəzisi sərgərdan qalmış korlar kimi, bəzisi heç bir şeyi dərk etməyən lal-kar şəklində, bəzisi dillərini çeynəyərək ağızlarından məhşər əhlinin nifrət etdiyi üfunətli çirk axan halda, bəziləri əli-ayağı kəsilmiş halda, bəziləri yanar ağaclara asılmış halda, bəziləri murdar leşdən daha pis iy verən halda və bəziləri də qaynar mis və yağ paltarla geyindirilmiş, hərarətdən bədənlərinə yapışmış halda olarlar.

Sonra Peyğəmbər(s) sözünün ardınca buyurdu:

-Meymun şəklində məhşər ayağına gələnlər sözgəzdirənlərdir. Donuz şəklində məhşərə gələnlər haram və rüşvət yeyənlər, kəlləmayallaq olanlar sələm yeyənlər, kor halda gələnlər hakimiyyət və mühakimədə zülm edənlər, lal-kar halında gələnlər özünü bəyənən, öz əməllərinin vurğunu olanlar, dillərini çeynəyənlər sözləri ilə əməlləri zidd olan alim və hakimlər, əl-ayağı kəsilmiş halda gələnlər qonşularını incidənlər, yanar ağaclara asılmışlar padşahlar yanında cəsusluq edənlər, murdar leşdən daha çox iy verənlər isə şəhvət əsiri olub dünya ləzzətinə uyanlardır. Onlar Allahın mallarında qoyduğu haqqı ödəmirlər. Yanar libaslar geyindirilmişlər də təkəbbürlü və inadkarlardır.”363

*Sözgəzdirən Allahın rəhmətindən uzaqdır

Sözgəzdirənin günahı o qədər böyükdür ki, əgər cəmiyyətdə bir nəfər belə sözgəzdirən varsa, Allahın mərhəmətindən uzaq olarlar. Bu barədə nəzərinizi bir hədisə cəlb edirik:

"Həzrəti-Musanın zamanında Bəni-İsrail tayfasına bərk quraqlıq üz vermişdi. Həzrəti-Musa yağış yağmaq üçün camaaat ilə birlikdə dua etməyə çölə getdi, lakin nə qədər dua etdisə, heç bir xeyri olmadı. Həzrət işi belə görüb münacat etdi. Allah-təala tərəfdən ona vəhy olundu: “Sizin aranızda sözgəzdirən var. Ona görə də duanızı qəbul etmirəm". Həzrəti-Musa Allahdan onun kim olduğunu soruşanda uca Tanrı belə buyurdu: “Mən sizi söz gəzdirməkdən çəkindirə-çəkindirə necə ola bilər ki, özüm sözgəzdirən olum?” Həzrəti-Musa bu məsələni xalqa dedi. Sözgəzdirən şəxs bundan xəbərdar olub tövbə etdi. Allah öz rəhmət yağışını onlara göndərdi."364




Yüklə 8,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin