Усулиддиндян дярсляр

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 8.08 Mb.
səhifə14/33
tarix21.10.2017
ölçüsü8.08 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   33
*Boşboğazlıq və əbədi zərər

Qeybət, töhmət və təqvalı insanları təhqir etməklə başqalarını güldürənlər bilsinlər ki, qiyamət günündə zərərçəkənlər zümrəsindən sayılacaqlar.

İmam Sadiq(ə) buyurdu:

"Mədinə şəhərində işi-peşəsi camaatı güldürməkdən və boşboğazlıqdan başqa bir şey olmayan bir nadan adam vardı. Bir gün dedi ki, mən bu kişinin (yəni Əli ibn Hüseyn (İmam Zeynəlabidin)) qarşısında aciz qalmışam, çünki bu vaxta qədər onu güldürə bilməmişəm.

Bir gün İmam Səccad(ə) öz xidmətçilərindən iki nəfərlə o küçədən keçirdi. O, (kişi bunu görcək fürsəti əldən buraxmayıb) həzrətin əbasını çiynindən çəkərək götürüb qaçdı. İmam ona etina etmədi. Orada olanlardan bir neçəsi onun dalınca düşüb əbanı əlindən alaraq o ali Cənabın mübarək çiyninə saldılar. İmam(ə) buyurdu: “Bu kişi kim idi?” Dedilər: “O, Mədinə camaatını güldürən boşboğaz və zarafatcıl bir kişidir.” İmam buyurdu: “Ona deyin ki, Allahın elə bir günü vardır ki, o gün boşboğazlar ziyançəkənlərdən olacaqlar."373

Hər halda şübhə yoxdur ki, belə şəxslər Qiyamət günündə müxtəlif əzablara düçar olacaqlar. Dünyada möminləri məsxərəyə qoyduqları kimi, möminlər də Qiyamət günü onlara rişxənd edib güləcəklər.

Peyğəmbər(s) buyurmuşdur:

"Qiyamət günü dünyada camaatı məsxərəyə qoyanları gətirib behiştin qapısını onların üzünə açaraq - “gəlin, gəlin” - deyərlər. Onlar çox çətinliklə qabağa gəlib qapıya yaxınlaşanda qapı onların üzünə bağlanar. Sonra başqa bir qapı onların üzünə açılar. “Tələsin, cəld olun!” - deyə onlara nida gələr. Bu dəfə də çox çətinliklə qapıya tərəf yaxınlaşanda bu qapı da bağlanar. Beləliklə, onlar naümid olub bir daha heç bir qapıya tərəf getməyəcəklərinə qədər bu iş beləcə təkrar olar. Bu zaman behişt sakini olan möminlər onlara baxıb gülərlər."374
Bəhsin nəticəsi

Yuxarıda qeyd olunan mətləblərə diqqət yetirməklə məsuliyyətli və mömin şəxslər bu çirkin əməldən iki cəhətə görə uzaqlaşmalıdırlar:

birincisi, boşboğazlıq və məsxərəyə qoymaq əslində çirkin bir əməldir;

ikincisi isə, başqa bir böyük günaha- qeybətə səbəb olur.

İlahi! Bizi belə uçurumlardan qoru.
Həsəd

Həsəd çəkməklə qeybət edən şəxs üç əzaba düçar olur: paxıllıq nəticəsində ruhi narahatçılıq, həsəd aparmağına və qeybət etdiyinə görə də əlavə bir əzab.

Buna əsasən paxıl adamlar dünya və axirətdə ziyan çəkənlərdir, çünki onun qeybət etməkdə məqsədi paxıllığını çəkdiyi şəxsi məhv etməkdir. Həqiqətdə isə, özünü məhv etmiş olur.

Bu fəsildə həsədin qeybət amillərindən biri kimi qeyd edilməsinə baxmayaraq, yaxşı olardı ki, onun barəsində qısa bir məlumat verək.


Həsədin tərifi

Rağib İsfahani yazır:

"Həsəd nemətin layiq olduğu şəxsdən itirilmə arzusudur. Paxıllıq edən nəinki həsəd çəkir, eyni zamanda paxıllığını etdiyi həmin şəxsin əldə etdiklərini itirməsinə çalışır. Rəvayətlərdə belə buyurulmuşdur ki, "möminlər qibtə, münafiqlər isə paxıllıq edərlər".

Qibtə nemətin layiq olduğu şəxsdən itirilməməsi şərtilə ona malik olmaq arzusudur. Başqa sözlə desək, qibtə edənlər başqalarında olan keyfiyyətləri müşahidə edərkən: "Kaş bizə də bu qismət olaydı", - deyə arzu edir, amma həsəd aparan şəxslər: "Məndə yoxdursa, onda da olmasın.", "Məndə olsun, amma başqasında olmasın" və ya "Ondan alınsın mənə verilsin", - deyə için-için yanaraq dərindən köks ötürürlər. Qibtə edənlər hər hansı bir neməti əldə etmək üçün çalışır, lakin heç vaxt başqalarının onu itirməsini istəmirlər. Buna görə də buyurmuşlar ki, mömin qibtə, münafiq isə paxıllıq edər.

İndi isə həsəd məfhumu və onun qəbihliyi ilə tanış olmaq üçün bəzi ayə və rəvayətləri araşdıraq:
«Quran» ayələrində həsəd


  • "Yoxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermiş və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik." («Nisa»- 54).

  • "(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. . . " («Bəqərə» 109).

  • "Allahın (maddi, yaxud mənəvi cəhətdən) birinizi digərinizdən üstün tutduğu (birinizə digərinizdən artıq verdyi) şeyi (özünüzə) arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır.(Dilədiyiniz şeyi) Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi (olduğu kimi) biləndir." («Nisa» - 32).

Bu ayələrdə əsas məqsəd paxılları tənqid etmək olsa da, aydın oldu ki, həsəd Allahın layiq bilib bəxş etdiyi nemətin bəndələrdən alınması arzusudur. Qibtə isə bunun tam əksi olaraq, nemətin alınması və itirilməsi yox, ona (çalışmaq yolu ilə) malik olmaq istəyidir. Buna görə də həsəd nə qədər qəbihdirsə, qibtə də o qədər gözəl və fəzilətlidir. «Quran» baxımından həsədin tənqid olunması barədə Allah- təalanın bu kəlamı kifayət edir:

"(Ey Peyğəmbər de:) Və bir də paxıllığı tutandan paxılın şərindən!" («Fələq» -5).
Həsəd rəvayətlərdə

Məsumların(ə) hədislərində həsəd barədə elə xüsusiyyətlər söylənilmişdir ki, onlardan bir neçəsini nümunə olaraq burada qeyd edirik.



Həsəd küfrün köklərindəndir

İmam Sadiq(ə) buyurdu:

"Küfrün kökü üç şeydir: Tamah, təkəbbür və həsəd." Sonra isə həsəd barədə buyurur: "Amma həsəd Adəmin iki oğlunun (Habil və Qabil) biri-birini öldürməsi əhvalatında vardır."375

Məclisi yazır:

"Bəlkə də küfrün kökləri dedikdə o günahlar nəzərdə tutulur ki, bəzən küfrə səbəb olur, həmişə yox. Küfrün bir çox əlamət və nümunələri vardır."376

İmam Sadiq(ə) buyurur:

"Həsəd qəlbin qaralığından və Allahın bəndələrinə nemət bəxş etməsini inkar etməkdən əmələ gəlir. Bu iki şey isə (qəlbin qaranlığı və Allahın hər hansı bir bəndəyə nemət əta etməsinə qarşı çıxmaq) küfrün iki qanadıdır."377

Həsəd etdiyinə görə bəşər övladı həmişəlik olaraq həsrət içində qaldı və heç vaxt qurtula bilməyəcəyi bir fəlakətə düşdü.



Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə