Усулиддиндян дярсляр


Hədislər baxımından yalan



Yüklə 8,08 Mb.
səhifə9/33
tarix21.10.2017
ölçüsü8,08 Mb.
#8818
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

Hədislər baxımından yalan


Yalanın tənqid olunması haqda bir neçə ayə qeyd etdikdən sonra bəzi hədisləri araşdıraq.

*Yalan Allaha şərikqoşma sırasında


Əziz İslam Peyğəmbəri(s) buyurmuşdur: “Sizi günahların ən böyüyündən xəbərdar edimmi? Günahların ən böyüyü Allaha şərik qoşmaq, ata-anaya qarşı bədrəftar olmaq və yalan danışmaqdır.”316

*Yalan günahların açarıdır


Həzrəti-İmam Həsən Əsgəri(ə) buyurdu: “Bütün qəbih əməllər bir evə sığışmışdır. O evin açarı yalandır.”317 “Allah-təala şər və bəd əməllər üçün müxtəlif qıfıllar təyin etmişdir. O qıfılların açarı şərabdır. Yalan isə şərabdan daha pisdir.”318

*Yalan imanın məhv olmasına səbəbdir


İmam Baqir(ə) buyurur: “Həqiqətən, yalan imanı məhv edir.”319

*Yalan və üzüqara olmaq


Peyğəmbər(s)- buyurmuşdur:

“Yalan insanın üzünü qara edir.”320


*Yalan imanla bir yerə sığmır


İmam Rza(ə) nəql edir ki, Peyğəmbər(s)-dən soruşdular:

-İmanlı adam qorxaq olarmı?

Buyurdu:

-Bəli.


-İmanlı adam simic olarmı?

-Bəli.


-Bəs yalançı necə, imanlı adam yalançı olarmı?

-Xeyr.321



*Yalançı Allah dərgahından qovulur

İmam Səccad(ə) şükr edərkən deyir:

“İlahi! Bəlkə məni yalançılar arasında tapdığından özbaşına buraxdın?!”322

*Yalançı mələklərin lənətinə layiqdir

Bir hədisdə Peyğəmbər(s)-dən belə nəql olunur: “Əgər mömin üzrsüz olaraq yalan danışarsa, yetmiş min mələk onu lənətləyər. Onun qəlbindən çıxan üfunətli iy ərşə qalxar. O zaman ərşin gözətçiləri ona lənət yağdırar.”323


*Yalan münafiqlik əlamətidir


Peyğəmbər(s) buyurdu: “Hər kimdə üç xislət olarsa, oruc tutub namaz qılsa və özünü müsəlman hesab etsə belə, yenə də münafiqdir: əmanətə xəyanət, yalançılıq və vədəxilaflıq.324

*Yalan sələmlərin ən pisidir


Həzrəti-Mühəmməd(s) belə buyurdu: “Sələmlərin ən pisi yalandır. (Çünki iqtisadi sələmdə şəxsin var-dövləti əlindən çıxır, amma yalanda isə imanın kökü kəsilir).”325

*Yalan ən pis xəstəlikdir


Həzrət Əli(ə) buyurur: “Yalan ən pis xəstəlikdir.”326

*Gecə namazından məhrum olma


İnsanı gecə namazından məhrum edən günahlardan biri də yalandır. İmam Sadiq(ə) buyurmuşdur:

“Hər kim yalan danışarsa, yalan danışdığına görə gecə namazından məhrum olar.”327


*İnsanın ruzisinin yalanla bağlılığı


Peyğəmbər(s) buyurdu: “Yalan ruzini azaldır.”328

*Yalan huşsuzluq gətirir


İmam Sadiq(ə) söyləmişdir: “Allah-təala huşsuzluğu yalançılara hakim kəsər.”329

Bəhsin xülasəsi


Keçən bəhslərdən belə aydın oldu ki, yalan dil bəlalarından və imanı məhv edəndir. Yalan dünya və axirətdə insanı Allahın mərhəmətindən uzaqlaşdırıb insanlar arasında etibarsız edir. Yalan cəmiyyətin imanını sarsıdıb onu ikitirəlik xəstəliyinə mübtəla edir. Hədislərdə xüsusi vurğulanan cəhətlərdən biri də yalançı insanın alçaqlıq və şəxsiyyətsizliyidir. Bu, məsumların kəlamlarında əxlaqi psixologiya kimi qeyd olunmuş psixi məsələlərdəndir.

Başqa bir mühüm məsələ


İnsan yalan danışmamaqdan əlavə yalançı adamlarla da oturub-durmaqdan, yoldaşlıq etməkdən çəkinməlidir. Bu barədə bir neçə hədisə diqqət yetirin:

“İmam Sadiq(ə)-dən nəql olunubdur ki, həzrəti-Əli(ə) dəfələrlə minbərdən buyurardı: «Yaxşı olardı ki, müsəlman şəxs üç nəfərlə dostluq və yoldaşlıq etməkdən çəkinsin: həyasız (sırtıq), axmaq və yalançı şəxsdən. “Yalançı ilə yaşamaq möminə yaraşmaz, çünki sənin sözlərini başqalarına və başqalarının sözlərini sənin üçün danışır. Birini qurtaran kimi o birini üstünə artırır. O yerə qədər ki, əgər düz danışsa belə, heç kim inanmır. Yalançı camaat arasında düşmənçilik və ədavət yaradaraq ürəklərə kin-küdurət toxumu səpir. Deməli, Allahdan qorxun və təqvalı olmağı özünüzə sənət seçin, ehtiyatlı olun, görün kimlə dostluq edirsiz.”330

İmam Baqir(ə) buyurdu: “Dörd nəfərlə dostluq etməyib onlardan uzaqlaş: axmaq, xəsis, qorxaq və yalançı ilə.”

(Sonra buyurdu) “Yalançı doğru danışarkən belə heç kim ona inana bilmir.”331

Həzrəti-Əli(ə) bir hədisdə İmam Müctəba(ə)-ya buyurur: “........Yalançı ilə dostluq etmə, çünki o, ilğım kimi uzağı sənə yaxın, yaxını isə uzaq göstərir.”332

Bəhsin nəticəsi


Qeyd olunan məsələlərdən belə məlum olur ki, əxlaqsız və pozğun adamlarla oturub-durmaq və əlaqədə olmaq istər-istəməz insana pis təsir bağışlayır. Həzrəti-Əli(ə) buyurmuşdur: “Şər adamlarla oturub-durma ki, onların xasiyyəti istər-istəməz sənə də təsir edə bilər.”333

Buna əsasən dost seçərkən diqqətli olmaq lazımdır. Hər adam dostluğa layiq deyildir, çünki dost və yoldaş insan həyatının bütün sahələrində güclü təsirə malikdir. Yaxşı dost insanı saleh əməllərə təşviq etdiyi kimi, pis yoldaş da insanı yolundan azdıraraq varlığını məhv edir. Başqa cür desək, dost özü də bilmədən insanın əxlaqında, söhbətində, rəftarında və hətta əqidəsində belə təsir qoyur. Peyğəmbər(s) bu haqda buyurmuşdur:

“İnsan (hər bir kişi) özünə yaxın olan dostunun ya yoldaşının dinini, məzhəbini qəbul edər".334

Həzrəti-Suleyman buyurmuşdu, “Əgər bir şəxsin haqqında fikir yürütmək istəyirsizsə, onun dostlarına baxın, çünki insan öz dost və yaxınları ilə tanınıb, əlaqədə olduğu adamlara mənsub edilir.”335

Həzrəti-Əli ibn Əbu Talib(ə) bir hədisdə buyurur: “........ Bir kəsin əxlaqı sizə qaranlıq qalarsa və onun hansı dinə mənsub olduğunu bilməzsinizsə, dostlarına baxın. Əgər onun dostları Allah dininə mənsub olarlarsa, o da həmin dinə mənsub olacaq. Yox əgər dostları Allah dininə mənsub olmazlarsa, o da həmçinin həqiqi dindən faydalanmamışdır.”336

Əgər insan bu mühüm işdə (dost seçməkdə) diqqətli olmazsa, qiyamət günü peşmançılıqla (Allah onu peşmançılıq günü adlandırmışdır.337) barmağını dişinə tutaraq: “Kaş filankəslə dostluq etməyəydim,” -deyər. Belə ki, «Quran»da bu barədə buyurulur:

O gün zalim (küfrə düşməklə özünə zülm edən, peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru yol tutaydım. Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim. And olsun ki, “Quran”mənə gəldikdən sonra məni ondan («Quran»a iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).” («Furqan» - 27,28,29).

İmam Sadiq(ə) buyurdu: “Pis adamla yoldaşlıq edən salamat qalmaz.”338

Buna görə də insan mənəviyatı çirkin adamlardan uzaqlaşmalıdır. Əgər Allah eləməmiş, belə adamlarla dostluq edirsə, nə qədər ki fürsət vardır, vaxtı qənimət bilib onlardan uzaqlaşmalıdır.


Yüklə 8,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin