Усулиддиндян дярсляр


Söz gəzdirməyin ağır nəticələri



Yüklə 8,08 Mb.
səhifə12/33
tarix21.10.2017
ölçüsü8,08 Mb.
#8818
1   ...   8   9   10   11   12   13   14   15   ...   33
Söz gəzdirməyin ağır nəticələri

Söz gəzdirmək istər fərdi, istərsə də ictimai nəzərdən qəbahət və günahdır. Fərdi cəhətdən insan qəlbini qaraldıb şəxsiyyətini öldürür, ictimai cəhətdən isə müsəlman cəmiyyətində ikitirəlik və ədavətə səbəb olub məhəbbəti nifrətə, dostluğu düşmənçiliyə çevirir. Halbuki müsəlmanların varlığı və əzəməti onlar arasındakı məhəbbət və birliklə bağlıdır. Bu həmrəylik o qədər mühüm bir məsələdir ki, Allah-təala onu özünün böyük nemətlərindən hesab edib insanlara bu böyük neməti unutmamaları üçün belə xatırladır:

"Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız!" («Ali-İmran»-103)

İlahi nemətlərdən sayılan həmrəylik və birliyi sözgəzdirən cəzaya çevirərək məhəbbət və mehribanlığı insanlar arasından aparır. Bu özü hesaba gəlməz bir böyük günahdır. Buna görə də deyiblər ki, sözgəzdirmək qeybətdən daha pisdir, çünki əvvəldə qeyd etdiyimiz kimi, qeybət zinadan daha ağır günahdır, amma sözgəzdirmək barədə deyirlər ki, sözgəzdirən haramzadadır. Bu isə günahın nə qədər böyük olduğunu bəyan edir.



Söz gəzdirməyi yaradan amillər

Belə bir sual ortaya çıxır ki, insanın bu böyük günaha batmasına səbəb nədir? Cavab olaraq demək lazımdır ki, aşağıda qeyd olunmuş amillərdən biri söz gəzdirməyə bais olur:

  1. insan haqqında danışdığı şəxsə qarşı bədgüman olub onu pisləyəndə;

  2. söz gəzdirmək vasitəsilə yanında pislədiyi şəxsə özünün ona qarşı mehribanlıq və dostluğunu göstərəndə;

  3. istirahət zamanı;

  4. boşboğazlıq və haqsız adamlarla həmsöhbət olmaq;

  5. təfriqə salmaq, insanları çaşdırmaq və təşviş yaratmaq niyyətində olarkən.


Nə etməli?

Şübhəsiz, insan hər hansı bir vasitəylə söz gəzdirərsə, böyük bir günaha batmış olub qiyamət günü Allahın dəhşətli əzabına məruz qalar. Buna görə də ehtiyatlı olmaq lazımdır ki, insan ömrü-bu böyük ilahi nemət tələf olub acınacaqlı halda bitərək fəlakətə uğramasın. Bu günaha batan zaman insan qiyamət gününü göz önünə gətirərək Allahın ədalətli məhkəməsi qarşısında, peyğəmbərlərin, övliyaların gözü önündə əməllərinə görə hesabat verərkən nə cavab verəcəyini düşünsün. Çünki artıq fürsət əldən çıxmış və orada heç bir iş görməyə imkan qalmamışdır. İnsan bu dünyada özü ilə hesablaşmalıdır ki, daha axirətdə rüsvay olmasın. "Nəfslə hesablaşma" bəhsində dediyimiz kimi, axirət üçün elə bu dünyada azuqə toplamaq lazımdır.



İstehza və rişxənd

Haram buyurulmuş əməllərdən biri də (həm də qeybət amillərindən olduğuna görə) istehza və rişxənddir. Bu amilin özünün başqa səbəblərdən qaynaqlandığına baxmayaraq, öz yerində araşdırılmalı bir məsələdir. Lakin bəhsimiz hələlik qeybətə yaxın amillər (yəni, bilavasitə qeybət etməkdə təsirli olan amillər) barədədir.

Şübhə yoxdur ki, rişxənd və istehza da çox zaman zəif imanlı adamları qeybətə vadar edən həmin amillərdən biridir. Elələri vardır ki, başqalarını gözdən salmaq üçün onlara istehza edir, məclis əhlini güldürmək naminə onların şəxsiyyətinə toxunur, yerişini, danışığını, yemək yeməsini yamsılayaraq işarə və kinayə etməklə başqalarına rişxənd edirlər. Bu vasitə ilə onlar öz intiqam alovlarını sakitləşdirir, ən azı başqalarının hörmətdən salmaqla öz dostlarını razı salırlar. Buna görə də “Qurani-Kərim”də bu əməl ciddi surətdə qadağan edilib hər hansı bir şəxsə zülm etmək kimi qiymətləndirilir, belə şəxslər cəzalanmaqla hədələnib tövbəyə dəvət edilərək buyurulur:

"Ey iman gətirənlər: Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd etməsinlər). Bəlkə onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i.a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlərdir: (Özlərinə zülm edənlərdir!) («Hücərat»-11).

Təfsirçilərdən bəzisi yuxarıdakı ayənin nazilolma səbəbləri barədə belə yazmışlar:

Bu ayə Sabit ibn Qeys ibn Şəmmas haqda nazil olmuşdur. Sabitin qulaqları ağır eşidirdi. Məscidə daxil olanda Peyğəmbər(s)-in mübarək kəlamlarını eşitmək üçün ona minbərin yaxınlığında oturmağa yer verirdilər.

Bir gün o, yenə məscidə gəldi. Camaat sübh namazını artıq qılıb qurtarmış, hərə bir yerdə oturmuşdu. Sabit də başqa günlərdə olduğu kimi Peyğəmbər(s)-in yaxınlığında oturmağa cəhd göstərirdi. Buna görə də: “Yol verin, yol verin, qoyun Peyğəmbər(s)-in yanında əyləşim”, - deyə adamları yararaq minbərə tərəf irəliləyirdi. Nəhayət, məsciddəkilərdən biri ona: “Elə buradaca otur” - dedi. O da orada əyləşdi, lakin Peyğəmbər(s)-in yanında oturmaq üçün ona yol vermədiklərinə görə çox narahat oldu. Hava işıqlaşandan sonra o soruşdu: “Sən kimsən?” Həmin şəxs cavab verdi: “Mən filankəsəm.” Sabit: “Filan arvadın övladı?!” - deyə onun anasının adını elə çəkdi ki, (cahiliyyət dövründə belə bir təbiri tənə kimi qəbul edirdilər) həmin kişi utanaraq xəcalətdən başını aşağı saldı. Sonra bu ayə nazil oldu.365



Qeyd:

Tanrı dərgahında bəndələrin biri-birindən üstünlük meyarı təqva və namuslu olmaqdır.366 Buna görə də heç kimin başqasını özündən aşağı sanıb, ona həqarətlə baxmağa haqqı yoxdur. Ola bilsin ki, həmin şəxs Allah dərgahında ondan üstündür.


Allah dərgahında möminin dərəcəsi

Mömin bəndə Allah dərgahında çox əziz və hörmətlidir. Tanrı möminləri çox sevir, izzət və başucalılığı möminlərə məxsus bir sifət kimi qəbul edir:



"...Şərəf-şan (qüvvət və qələbə) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur..." («Munafiqun»-8).

Buna görə də «Hucurat» surəsinin 11-ci ayəsində buyurur: "Hər kim möminlərə rişxənd edib pis ləqəblərlə müraciət edərsə, zalımlardan hesab olunar." Başqa bir yerdə isə buyurur: "Könüllü surətdə (bollu) sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!" («Tövbə»-79)

Hətta İslam hədislərində də vardır ki, möminə ehtiram etmək Allaha ehtiram etmək, mömini təhqir etmək isə Allah-təalanı təhqir etmək və Allah-təalanın qəzəbinə düçar olmaqdır. Hədisi-qüdsidə belə buyurulur ki, Allah-təala möminləri incidənlərə, əziyyət verənlərə qarşı döyüş elan edir:

"İmam Sadiq(ə)-dən belə nəql olunur ki, Allah-təala buyurur: “Mənim mömin bəndəmi xar edən şəxs bilsin ki, Allah onunla düşməndir. Hər kim mömin bəndəmə hörmət edib ona ehtiram qoyarsa, şübhəsiz, mənim qəzəbimdən amandadır."367

Peyğəmbər(s) buyurdu:

"Hər kim mömini xar edərsə, Allah onu zəlil edər."368

İmam Sadiq(ə) buyurmuşdur:

"Yoxsulluğuna görə bir mömin bəndəyə alçaq gözlə baxana Allah da alçaq nəzərlə baxar və tövbə edənə qədər Tanrı dərgahında zəlil olar..."369
Möminin ehtiramı Kəbənin ehtiramından artıqdır

İbn Əbil Hədid «Nəhcül-bəlağə»nin bu cümləsini şərh edərkən Peyğəmbər(s)-dən belə bir hədis söyləyir:

"...Cabir nəql edir ki, Peyğəmbər(s) Kəbəyə baxıb buyurdu: “Afərin sənə, nə qədər əzəmətli bir evsən. Sənin ehtiramın nə qədər böyükdür! Allaha and olsun! Möminin ehtiramı Allah yanında səndən də çoxdur, çünki sənin ehtiramın yalnız bir cəhətə (səndə qan tökməyin haram olmasına) görədir, lakin möminin ehtiramı isə üç səbəblə bağlıdır:


  1. onun canı başqasına haramdır,

  2. onun malı toxunulmazdır,

  3. ona qarşı bədgüman olmaq haramdır."370




Yüklə 8,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin