Усулиддиндян дярсляр



Yüklə 7,79 Mb.
səhifə8/33
tarix21.10.2017
ölçüsü7,79 Mb.
#8016
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

«Quran» baxımından yalan


«Qurani-Məcid»də yalan və hiylə Allaha şərikqoşma sırasında vurğulanmışdır:

..... Murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin.” («Həcc» - 30).



Yalançının imanı yoxdur


«Qurani-Məcid»də yalançılar mömin hesab olunmur. Onlar Allah ayələrinə qarşı kafir olanlar və inkar edənlər cərgəsində hesab edilir:

Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!” («Nəhl» - 105).


Yalan əxlaqsızlıq və mənəvi pozğunçuluqdur

Başqa bir yerdə Allah-təala yalanı əxlaqsızlıq və mənəvi pozğunluq kimi qiymətləndirərək buyurur:

Həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər (yalan) danışmaq və dava-dalaş etmək yaramaz.” («Bəqərə» - 197).
Allahın hidayətindən məhrum olmaq

Allah-təala «Qurani-Məcid»də buyurur:

Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! («Zümər» - 3).

Şübhəsiz ki, Allah həddi aşanı, yalançını doğru yola müvəffəq etməz.” («Əl-mömin» - 28).


Yalançı Allahın rəhmətindən uzaqdır


«Mübahilə» (biri-birinə qarğış etmək) ayəsində və lənətləməyə aid olan başqa ayələrdə yalançılar Allahın lənətinə şamil olunmuşlar. «Mübahilə» ayəsində buyurulur:

..... Sonra (Allaha) yalvarıb yalançılara lənət etməsini diləyək”.

Lənətləmək ayəsində buyurur:

..... Əgər yalan deyirsə, Allah ona lənət eləsin!” («Nur» - 7).

Bu ayələrin ümumiliyə aid olmayıb yalanın xüsusi bölmələri haqda nazil olmasına baxmayaraq, qısaca da olsa, yalançıların aqibətinin Allahın lənət və tənəsi ilə bitəcəyinə işarə edir.

İndi isə yalançının vəhy dilində Allahın lənət və xalqın tənəsinə məruz qalmasına diqqət yetirməklə, lənətin xüsusiyyətlərini və ona aid olan məsələləri qısaca izah etmək məqsədəuyğun və münasib olardı. Ola bilsin ki, bu izah öz dillərini islah etməkdə daha çox çalışmaları üçün möminlərin ayılmasına səbəb olsun.

Lənət nədir?

Rağib İsfahani “lənət” sözünün leksik mənasını belə izah edir:

“Lənət qəzəb və acıqlı halda qovmaq və uzaqlaşdırmaqdır. Allahın lənəti axirətdə cəza kimi üzə çıxacaqdır. Dünyada isə Allahın rəhmət və yardımından məhrum etməkdir. Əgər lənət camaat tərəfindən olarsa, bir-birinə qarşı qarğış mənasındadır.”315

Sual:


Allahın lənətinə gəlmiş şəxsin aqibəti necə olacaqdır?

Cavab:


“Qurani-Kərim”də bu barədə açıq-aydın və qətiyyətlə buyurulur:

..... Allahın lənət etdiyi şəxsə isə heç bir kömək edən tapa bilməzsən!” («Nisa» - 52).

Başqa bir yerdə isə buyurur:

..... Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar.” («Taha» - 81).

Bəhsin sonrakı hissəsində qeyd edəcəyimiz kimi yalançı Allah dərgahında qəzəbə düçar olmuşların bariz nümunələrindəndir.

Lənət olunmuşlar kimlərdir?

Allah-təalanın «Qurani-Məcid»də lənət etdiyi şəxslərdən biri də yalançılardır. Həmin dəstəyə bunlar daxildir:



  1. Münafiqlər

«Quran»da lənət olunmuşların ən birincisi münafiqlərdir:

Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lənət elədi (mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir! ((«Tövbə»-68 («Fəth»-6 və «Əhzab»-61-də də lənət olunmuşlar.)).



  1. Müşriklər

İkinci dəstə müşriklərdir:

Allah Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lənət etmişdir. (Allah) Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!” («Fəth» - 6).



  1. Kafirlər

Allahın lənətinə gəlmiş şəxslərdən üçüncüsü kafirlərdir:

Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!” («Bəqərə»-61).



  1. Yer üzündə fəsad törədənlər (əxlaqsızlıq və pozğunluğu yayanlar):

Dördüncü dəstə yer üzündə fəsad törədənlərdir:

Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (Cəhənnəm) gözləyir.” («Rəd»- 25).



  1. Yəhudi tayfası

Beşinci dəstə Yəhudi tayfasıdır. Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. (Və ya bu dedikləri sözə görə onların öz əməlləri bağlansın və lənətə gəlsinlər!).” («Maidə»-64).

  1. Mürtədlər

Lənətə gəlmişlərdən altıncısı mürtədlərdir (müsəlman olub sonradan müsəlmançılıqdan çıxanlar):

İman gətirdikdən, peyğəmbərin haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalimlər dəstəsini haqq yola istiqamətləndirməz! Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!” («Ali-İmran»-86 və 87).



  1. Şeytan

«Quran»ın hər bir yerində lənətlənmiş Şeytan da Allah dərgahından qovulmuşlardandır:

(Məkkə müşrikləri) Allahı qoyub yalnız qadın bütlərə (Lata, Mənata, Uzzəyə, Nailə) tapınır və yalnız asi (inadkar) Şeytana ibadət edirlər. Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu).” («Nisa»-117 və 118).

Başqa bir yerdə isə Şeytana xitabən buyurur:

Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!” («Sad»-78).

Sən Qiyamət gününə qədər lənətlənmişsən!” («Hicr»-35).


  1. Allaha və Peyğəmbərə(s) zülm edənlər

Allahın lənətinə gəlmiş dəstələrdən biri də Allaha və Peyğəmbərə(s) zülm edənlərdir. «Quran»da onların barəsində belə buyurulur:

Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş (Öz rəhmətindən qovmuş) və onlar üçün həsrətli bir əzab hazırlamışdır!” («Əhzab»-57).



  1. Yalançılar

Tanrının lənətinə gəlmiş dəstələrdən biri də yalançılardır. (Buna aid ayələr bəhsin əvvəlində qeyd olundu). Yalançıların adı bu ayələrdə kafir, münafiq, müşrik, yer üzünə fitnə-fəsad salan, yəhudi, mürtəd və Allahı, Peyğəmbəri(s) incidənlərlə yanaşı çəkilmişdir. Bunun özü də günahın böyüklüyünə bir dəlildir. Amma təəssüflər olsun ki, bəziləri bu həqiqətin ciddiliyinə varmırlar. Bunlar əgər qeyd olunmuş ayələri oxuyub yaxşı düşünsələr, yalanın «Quran» baxımından nə qədər qəbih və çirkin olduğunu dərk edərlər. Yalan o qədər qəbih və çirkindir ki, insanı insanlığın uca zirvəsindən endirərək şeytanların cərgəsində yerləşdirir. Kaş insanlar «Quran»ın səmavi və nurani təlimlərini öyrənib onun nuru ilə zülmət və zəlalətdən nicat tapaydılar. Amma ......

Yüklə 7,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin