Üzrə tədqiqat Müəlliflər qrupu



Yüklə 0,67 Mb.
səhifə2/15
tarix17.11.2018
ölçüsü0,67 Mb.
#83962
1   2   3   4   5   6   7   8   9   ...   15

Demoqrafik durumun gender təhlili. XX əsrin 70-ci illərindən üzü bəri Azərbaycan əhalisinin cinsi tərkibində qadınların sayı kişilərdən çox olub. 90-cı ildən başlayaraq kişilərin sayının artım sürəti qadınlarla müqayisədə daha yüksək olub. Bir sıra ölkələrdə olduğu kimi, doğulan oğlan uşaqlarının sayının qız uşaqlarının sayına nisbətən daha çox alması Azərbaycanda da öz əksini tapmışdır. 90-cı illərin əvvəlindən başlayaraq 2002-ci ilədək ölkədə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunurdu. Lakin son 5 ildə bu göstərici artmağa başlamışdır. Lakin həmin dövrdə illər üzrə kişilər arasında ölüm halları da qadınlarla müqayisədə daha çox olmuşdur (bax: 1-ci cədvəl).


1-ci cədvəl

2000-2007-ci illərdə ölkə əhalisinin sayı və təbii hərəkəti

(min nəfər)

  İllər

Sayı

O cümlədən:

Diri doğulanlar

Ölənlər

Qadınlar

Kişilər

Qızlar

Oğlanlar

Qadınlar

Kişilər

2000

8016,2

4 097,9

3 918,3

54,4

62,6

22,2

24,5

2001

8081,0

4 126,5

3 954,5

50,9

59,5

21,6

23,7

2002

8141,4

4 152,6

3 988,8

51,0

59,7

22,1

24,4

2003

8202,5

4 179,5

4 023,0

52,2

61,3

23,4

25,6

2004

8265,7

4 207,2

4 058,5

60,6

71,0

23,5

26,0

2005

8347,3

4 243,6

4 103,7

65,7

76,2

24,5

27,5

2006

8436,4

4 284,2

4 152,2

68,7

80,2

24,6

27,6

2007

8532,7

4 327,7

4 205,0

-

-

-

-

(Mənbə: Azərbaycanda qadınlar və kişilər-2007. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2007 )

Hələ ki, ölkədə kişilərlə müqayisədə qadınların ümumi say artıqlığı qalmaqda davam edir. Hazırda əhalinin ümumi sayında qadın və kişilərin payı təqribən 51:49 nisbətindədir. Lakin qadın-kişi nisbətinin tədricən kişilərin xeyrinə dəyişməsi meyli izlənilməkdədir. Bu, aşağıdakı 1-ci sxemdən aydın sezilir.



Sxem 1. Ölkə əhalisinin ümumi sayında qadın və kişilərin payınım dəyişilməsi

(Mənbə: Azərbaycanda qadınlar və kişilər-2007)


Əhalinin yaş qrupları üzrə cinsi tərkibinə diqqət yetirdikdə erkən, yeniyetmə və daha gənc yaşlarında (25 yaşadək ) oğlan uşaqlarının üstünlük təşkil etməsi aydın görünür ki, bu da onların daha çox doğulması ilə izah olunur. Lakin kişilər arasında qadınlara nisbətən ölüm səviyyəsinin yüksək olması 25 və yuxarı yaşda olan qadınların sayının kişilərlə müqatisədə artmasına gətirib çıxarır (Sxem 2).



Sxem 2. 2007-ci il yanvarın 1-i vəziyyətinə əhalinin cins və yaş üzrə bölgüsü

(Mənbə: Azərbaycanda qadınlar və kişilər-2007)



Əhalinin 55-dən yuxarı yaşlıları arasında qadınların çox olması ölkədə pensiyaçıların və pensiya təyin olunmuşların sırasında qadınların üstünlük təşkil etməsini şərtləndirir. 2007-ci ilin əvvəlinə ölkədə pensiyaçıların ümumi sayı 1226,8 min nəfər təşkil edib. Bunların 62,0 faizi (760,6 min nəfəri) qadınlar, 38,0 faizini (466,2 min nəfər) isə kişilər olub (2-ci cədvəl). DSK-nın məlumatlarına əsasən, pensiyaçıların ümumi sayından 9 faizi işləyən pensiyaçılar olub. Ölkə iqtisadiyyatında məşğul olanların hər 1000 nəfərinə hesabı ilə pensiyaçıların sayı 309 nəfər, yaşa görə pensiya alanların sayı isə 203 nəfər təşkil edib. 2006-cı ilin əvvəli ilə müqayisədə 2007-ci ilin əvvəlinə ölkədə pensiyaçıların ümumi sayı 1399 min nəfərdən 1227 min nəfərə düşüb. Pensiyaçıların sayının belə azalması Azərbaycan Respublikasынın "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" Qanunlarında edilən 7 fevral 2006-cı il tarixli dəyişikliklərə uyğun olaraq sosial pensiyaların sosial müavinətlərlə əvəz edilməsi ilə əlaqədardır. 2007-ci ilin əvvəlinə əhaliyə ödənilən pensıyaların orta aylıq məbləği 41,1 manat olmuş və orta aylıq nominal əmək haqqının 29,1 faizini təşkil etmişdir.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin